“Keçmişi öyrənək-gələcəyi quraq”-Azərbaycan tarixi üzrə bilik yarışması keçirilib
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş "Keçmişi öyrənək-gələcəyi quraq"-Azərbaycan tarixi üzrə bilik yarışması keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Jalə Əliyeva, təhsil nazirinin müavini İradə Hüseynova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Xocalı soyqırımdan artıq 19 il keçməsinə baxmayaraq bu, Azərbaycan tarixində dərin iz buraxıb. H.Hüseynovanın sözlərinə görə, millət vəkilləri və nazirlər Xocalı soyqırımının dəhşətləri haqqında xarici ölkələrə məlumat veriblər. Komitə sədri söyləyib ki, çox zaman susurduq, amma indi biz tariximizin keçmişləri haqqında danışa bilirik.
Tədbirdə söz alan Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı deyib ki, tariximizi qoruyub saxlaya bilmək üçün dünənimizi və bu günümüzü bilməliyik. Direktor əlavə edib ki, babalarımız tariximizə və vətənimizə həmişə sadiq qalıblar, ancaq erməni daşnaqları tarix boyu sərvətlərimizə sahib çıxmağa çalışıblar.
Daha sonra isə təhsil nazirinin müavini İradə Hüseynova çıxışı zamanı vuğulayıb ki, hər bir şəxs seçdiyi ixtisasdan asılı olmayaraq Azərbaycanın tarixini bilməli və onu qorumalıdır: "Xocalı faciəsi bizim qan yaddaşımızdır. Biz tariximizi bilməliyik ki, onu olduğu kimi dünyaya çatdıra bilək".
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxışı zamanı diqqətə çatdırıb ki, torpağı zəngin olan dövlətlər hər zaman bu hadisələrlə üzləşir. E.Süleymanovanın fikrincə, Xocalı faciəsi xalqımıza qarşı qabaqcadan hazırlanmış təxribatdır: "Azərbaycan torpaqları heç zaman müzakirə və mübarizə obyekti ola bilməz. Xocalı faciəsi bu gün bütün dünyada tanınır. Hansı ölkədə olmağımızdan asılı olmayaraq Xocalı faciəsi bu gün hər yerdə anılır. Ən müşkül məsələmiz isə Qarabağ problemidir. Ordumuzun gücü ilə torpaqlarımızı azad edəcəyik, ancaq biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik".
Qeyd edək ki, tədbirin davamında maarifləndirici bilik yarışması keçirilib. Yarışda yuxarı sinfin şagirdləri öz bilik və bacarıqlarını göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB