Bu gün Abşeron rayon Məhkəməsində AXCP-nin keçmiş sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurla boşanma məsələsi ilə bağlı məhkəmə iclası keçirilib. Hakim Elman Məmmdovun sədrliyi ilə keçirilən iclasa F.Qəhrəmanlının gəlməməsi səbəbindən məhkəmə təxirə salınıb. O zaman sual yaranır - Fuad Qəhrəmanlı məhkəməyə gəlməməklə hansı günahını etiraf etdi?
Fuad Qəhrəmanlı ictimai qınaqdan qaçır
Qeyd edək ki, Z.Yağmur bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhkəməsində iddia qaldırıb. Z.Yağmur Qəhrəmanlının ailədə törətdiyi zorakılıqlardan, qızlarını necə incitməsindən, onun əlini, 6 yaşlı qızının isə dizini necə qırmasından danışıb. 2009-cu ilə qədər gözəl ailələrinin olduğunu deyən Zümrüd Yağmur bildirib ki, hər şey Fuadın ona etdiyi xəyanətdən başlayıb.
Z.Yağmur, həmçinin qızı Selcanın AXCP sədri Əli Kərimliyə olan nifrətinin də səbəbini açıqlayıb: "...Axı Əli Kərimli bilir ki, müavini evdə 3 nəfərə zülm eləyir. Barı onu sağ tərəfində saxlamasın. Bir dəfə desin ki, Fuad, ya evindəki problemləri həll elə, ya da müavinlikdən istefa ver".
Selcan Yağmur da yazısında bunu da vurğulayır ki, əslində Əli Kərimli və Fuad Qəhrəmanlını birləşdirən ortaq cəhət - zorakılıq, qadın hüquqlarına sayğısızlıqdır: "Ə.Kərimli hansı kişilikdən danışır. Özünü "ana" müxalifət partiyasının sədri sayan Ə.Kərimli tribunalarda insan haqqlarından danışır və ona aman verməyən Fuad Qəhrəmanlı hətta qadın haqqları mövzusunda leksiya söyləyir. Belə olan halda F.Qəhrəmanlı niyə məhkəməyə gəlməyib? Bəllidir ki, o, ifşa olunmasından və kəskin ictimai qınağın hədəfi olunacağından qorxub".
Qeyd edək ki, məhkəmənin işi növbəti iclasa qədər təxirə salındı.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB