YAP-ın icra katibi "Ambutan" futbol klubunun üzvləri ilə görüşüb - FOTOLAR

YAP-ın icra katibi "Ambutan" futbol klubunun üzvləri ilə görüşüb - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov Abşeron rayon Heydər Əliyev Mərkəzində Abşeron rayonunun Qarabağ müharibəsi əlillərindən ibarət "Ambutan" futbol klubunun üzvləri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Əli Əhmədov Azərbaycan dövlətinin Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi qayğıdan bəhs edib və onları daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyib.

Görüşdə Qarabağ müharibəsi əlilləri göstəriıən diqqət və qayğıya görə, ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra "Ambutant" futbol klubunun uğurları haqqında məlumat verilib.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə