Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən “Kibercinayətlər” elektron kitabı hazırlanıb.
SİA Avropaya İnteqrasiya Mərkəzinin mətbuat və informasiya şöbəsinə istinadən bildirir ki, kitabda transmilli cinayətlərin xüsusi növü olan kibercinayətlərin milli və beynəlxalq hüquqi aspektləri araşdırılıb, kibercinayətlərin anlayışı, mahiyyəti, bu cinayətlərlə mübarizə, hüquqi məsuliyyət məsələləri nəzəri və normativ baxımdan təhlil edilib. Həmçinin xarici və ölkədaxili mənbələrə əsaslanaraq, kibercinayətlərin nəzəri və praktiki məqamları elmi cəhətdən araşdırılıb, təsnifatı verilib, yeni cinayət modelləri, xüsusilə kiberterrorizm və kibercinayətlər müqayisəli təhlil edilib. BMT sistemində, Avropa İttifaqı, MDB və bəzi Şərq ölkələrində, Budapeşt Konvensiyası kontekstində Avropa Şurasında kibercinayətlərlə mübarizə və kibertəhlükəsizlik məsələlərinə diqqət ayrılıb. Eyni zamanda, vəsaitdə kibercinayətkarlıqla mübarizə üzrə beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının milli qanunvericiliyinə implementasiya məsələləri də əksini tapıb.
Hüquqşünaslar, o cümlədən beynəlxalq hüquq mütəxəssisləri və ümumilikdə bu sahəyə maraq göstərən geniş oxucu kütləsi, xüsusilə rəqəmsal texnologiya və internet istifadəçiləri üçün nəzərdə tutulmuş kitabın elektron versiyasını http://aggression.az saytının “e-kitablar” bölməsindən əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB