Bu gün YAP Tovuz rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Müşavirədə 2019-cu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Tədbirdə çıxış edən rayon təşkilatının sədri Məzahir Bayramov 7 sentyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının sədrləri ilə keçirilmiş respublika müşavirəsində partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədovun çıxışında qarşıya qoyulmuş məsələləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edib ki, həmişə olduğu kimi partiyamız qarşıdakı seçki kampaniyasına da ciddi hazırlaşır. İlk partiya təşkilatlarımız öz fəaliyyətlərini daha da gücləndirməli, bələdiyyə seçkilərində partiyamızın qələbəsini təmin etmək üçün səfərbər olunmalıdırlar. İlk partiya təşkilatları bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin fəaliyyətini öyrənərək, gələcək namizədlərin müəyyənləşdirilməsində nəzərə almalıdırlar. Biz iş təcrübəsinə, əhali arasında nüfuza, mənəvi keyfiyyətlərə malik olan, təhlil aparmağı, problem həll etməyi və qərar verməyi bacaran, ictimai həyatda fəallığı ilə seçilən insanların namizədliyini irəli sürməliyik. Bu sırada gənclərə və qadınlara üstünlük verilməlidir.
M.Bayramov sonra bələdiyyə seçkiləri ilə əlaqədar YAP mərkəzi seçki qərargahının rayon şöbəsinin yaradıldığını bildirib və ilk təşkilatlarla qərargahın qarşılıqlı fəaliyyəti məsələlərindən danışıb. O, eyni zamanda, seçki məntəqələrində fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin müəyyən olunması istiqamətində işlərə başlanıldığını bildirib.
Müşavirədə bunlarla yanaşı, ölkəmizdə azad, demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradıldığı, dayanıqlı ictimai-siyasi sabitliyin bərqərar olduğu xüsusi vurğulanıb. Eyni zamanda, o da qeyd olunub ki,
ölkəmizin qazandığı böyük uğurları gözü götürməyən, dövlətimizin və xalqımızın mənafeyini etibarlı şəkildə müdafiə edən Prezident İlham Əliyevin iradəsinə təsir göstərə bilməyən xarici qüvvələr satqınlığa meyilli olan adamları və qrupları ələ alıb şirnikdirməklə, çirkin anti-Azərbaycan kampaniyasına rəvac veriblər. Sosial şəbəkələr vasitəsilə şər-böhtan kampaniyası aparanların, ölkəmizdəki siyasi proseslərə qanunsuz müdaxilə edənlərin pozuculuq və təxribatçılıq məqsədlərinin ifşa olunmasında ilk partiya təşkilatlarının fəaliyyətlərinin daha da gücləndirilməsi və bu işdə hər bir partiya üzvünün iştirakı məqsədəuyğun hesab olunub.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB