PUA-nın vurulması xəbəri dezinformasiyadır

PUA-nın vurulması xəbəri dezinformasiyadır

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb. Müdafiə Nazirliyindən bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil.

Nazirlikdən qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur: "Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə