Masallı Rayon Ağsaqqallar Şurasının növbəti yığıncağı keçirilib
Masallı Rayon Ağsaqqallar Şurasının növbəti yığıncağı keçirilib. Yığıncağı rayon Ağsaqqallar şurasının sədri, Azərbaycan Yazıçıları və Respublika Jurnalistləri Birliklərinin üzvü, III dərəcəli "Vətənə xidmətə görə” ordenli, Dövlət Qulluğu veteranı Ələşrəf Niftiyev açıb.
Yığıncaqda Masallı Rayon Ağsaqqallar Şurasının konfransı qərarlarının yerinə yetirilməsi sahəsində Mahmudavar Ərazi Ağsaqqallar Şurasının sədri Həsənağa Əliyevin hesabatı və 2019-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və kampaniyada ağsaqqallar şurasının iştirakı ilə bağlı tədbirlər planı barədə məsələlər müzakirə edilib
SİA-nın verdiyi məlumata görə çıxışlarda Mahmudavar, Bədəlan, Ərkivan qəsəbə, Güllütəpə, Qarğalıq ərazi ağsaqqallar şuralarının sədrləri Həsənağa Əliyev, Həmdulla Məmmədov, Şərafət Əzimov, Məmmədəli Əlinağıyev, Rəbbi Kərimov hər iki məsələyə münasibət bildirib, təkliflər veriblər. Mahmudavar ərazi ağsaqqallar şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyininin Masallı rayon təşkilatının Həsənağa Əliyev çıxışında göstərib ki, qloballaşan dünyada cəmiyyəti neqativ hallardan təmizləməkdə, xüsusilə gəncləri narkomaniyadan qorumaq, erkən nikahdan, ailə və qonşu münaqişələri tənzimləməkdə, təsərrüfat sahələrinə maraq oyatmaqda ağsaqqallar nümunə göstərməlidir. Eyni zamanda həyata keçirilən dövlət və el tədbirlərində ağsaqqal tövsiyələri önəmini qorumalıdır. Hansı kənddə bu meyarlar gözlənilir, orada əmin-amanlıq, insanların bir-birinə humanist münasibəti özünü göstərir. Natiq qeyd edib ki, o, öz fəaliyyətində bu meyarlara üstünlük verir.
O, bildirib ki, indiki gənclik sivil qaydalara istinad etsə də ağsaqqal sözünə, ağsaqqal məsləhətinə möhtacdır. Ərazilərdə nüfuzu, fəaliyyəti, şəxsi nümunəsi ilə işimizə kömək göstərən ziyalı ağsaqqal çoxdur və biz onlara arxalanırıq. Onlar daim xoşagəlməz olaylara qarşı mübarizə aparmalıdırlar.
Ə.Niftiyev qeyd edib ki, qarşıdakı bələdiyyə seçkiləri xalqın sabahı üçün çox vacib bir siyasi kampaniyadır. Kəndlərimizin inkişafı, adamların xoş rifahı bələdiyyələrin fəaliyyətindən asılı olduğu üçün seçkilərdə fəal iştirak etməli, eyni zamanda qurumun tərkibinə layiqli, bacarıqlıların seçilməsinə nail olmalıdır.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçıları və Respublika Jurnalistləri Birliklərinin üzvü, III dərəcəli "Vətənə xidmətə görə” ordenli, Dövlət Qulluğu veteranı Ə.Niftiyev ikinci məsələ ilə əlaqədar tövsiyələr verib.
Əlihüseyn Şükürov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB