Rəis, müavini və sahə müvəkkili vəzifələrindən azad olunublar
Bakının Sabunçu rayon Polis İdarəsinin 3 vəzifəli şəxsi vəzifəsindən azad olunub. SİA xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB