“Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin icrasına start verilib
“Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin icrasına start verib.
SİA Gənclər Fonduna istinadən bildirir ki, layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırılması, tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir.
Birlik həmin layihə çərçivəsində təhsil sahəsi ilə bağlı elektron resurslar və onlardan istifadə imkanları ilə bağlı Bakı şəhərində məktəblilər arasında məlumatlandırma sessiyaları da təşkil edəcək.
Ümumilikdə keçiriləcək altı maarifləndirici tədbir nəticəsində iki yüzə yaxın yeniyetmə faydalanacaq, nəşr edilən bukletlər tədbirlər zamanı iştirakçılar arasında yayılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB