YAP Samux rayon təşkilatında müşavirə keçirilib

YAP Samux rayon təşkilatında müşavirə keçirilib

Bu gün YAP Samux rayon təşkilatının ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq, Yeni Azərbaycan Partiyası Mərkəzi Qərargahında şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə keçirilən müşavirədə partiyanın ərazi ilk partiya təşkilatları qarşısında mühüm vəzifələrin və böyük məsuliyyətin qoyulduğunu bildirib: "Müşavirədə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı tapşırıq və tövsiyələrini verdi. Xüsusilə, ilk təşkilatlarda təşkilatlanma işinin gücləndirilməsi, partiya fəallarının gücündən səmərəli istifadə edilməsi, partiyaya qəbulla bağlı yeni kriteriyalar, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, ölkəmizin inkişaf səviyyəsinin kütləyə çatdırılmasında fəal təbliğatçı olmaları ən vacib məsələdir. Hər bir partiya üzvü bu işdə daha məsuliyyətli, daha fəal olmalı, Prezidentimiz ətrafında sıx birləşməli, yad ünsürlərə münasibətdə mövqeyimizi ortaya qoymalıyıq".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə