YAP Kürdəmir rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrləri ilə geniş yığıncaq keçirilib
Bu gün cari ilin sonunda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı ərazi ilk partiya təşkilatı sədrləri ilə görüş keçirilib. İclası giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, bu ilin dekabr ayında respublikamızda mühüm siyasi kampaniya - bələdiyyə seçkiləri keçiriləcəkdir: "Artıq bələdiyyə seçkilərinə qeyri-rəsmi start verilmişdir. Hamımıza yaxşı məlumdur ki, seçkilər partiyamızın həyatında mühüm sınaq dövrüdür. Hal-hazırda, rayon təşkilatımızın apardığı bütün işlər bələdiyyə seçkilərinə hazırlıq səviyyəsində həyata keçirilməkdədir".
A.Kərimli onu da qeyd edib ki, 21 nəfərdən ibarət yaradılmış seçki qərargahı partiyada fəallığı ilə seçilən, rayonda nüfuza malik olan, seçki prosesində iştirak etməyə həvəsi və müəyyən təcrübəsi olan şəxslərdir: "Artıq bələdiyyə üzvlüyünə namizədlər müəyyən edilmiş və partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə və qadınlara üstünlük verilmişdir. YAP İcra Katibliyinin tapşırıqlarına uyğun olaraq, bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, partiyamızın namizədlərinin müdafiəsi üçün seçici imzası toplalayacaq şəxslər, seçki dairəsi və məntəqələrində müşahidəçilər, mobil qruplar müəyyənləşdirilmişdir".
Daha sonra gündəliyə uyğun olaraq, seçki müddəti ərzində, həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB