Müxalifətin bu cəhdi anlaqsız, utopik düşüncənin, qərəzli mövqenin məhsuludur

Müxalifətin bu cəhdi anlaqsız, utopik düşüncənin, qərəzli mövqenin məhsuludur

Ölkəmizdə aparılan uğurlu, məqsədyönlü düşünülmüş daxili və xarici siyasətin nəticəsidir ki, respublikamızda ictimai-siyasi sabitlik, xalq-iqtidar, iqtidar-xalq birliyi bərqərar olmuşdur. Azərbaycan Respublikası çox böyük sürətlə inkişaf edərək, iqtisadi, sosial inkişafa, hərbi qüdrətə nail olaraq regionun və dünyanın lider dövlətləri sırasına daxil olmuşdur.

Azərbaycan dünyanın ən təhlükəsiz, sabit ölkəsi olaraq beynəlxalq güc mərkəzlərinin danışıqlar, məsləhətləşmələr mərkəzinə çevrilib. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşılır, Dağlıq Qarabağ işğala məruz qalsa da, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Azərbaycan Respublikasının tarixi əzəli torpağı, ərazisi olaraq tanınır və qəbul edilir.

Əldə etdiyimiz uğurlar, nailiyyətlər Ulu öndər, əbədiyaşar Heydər Əliyev siyasətinin davamı olaraq prezident cənab İlham Əliyevin siyasətinin nəticəsidir.

Bütün bu əldə etdiyimiz nailiyyətlərdən, uğurlardan narahatlıq hissi keçirən, milli dövlətçilik maraqlarımıza qarşı barışmaz mövqedə olan, əsl xalq hakimiyyətinə qarşı olan, erməni dəyirmanına su tökən, xarici düşmən qüvvələrin çirkli pullarından asılı vəziyyətdə olan, işıqlı gündüzü qaranlıqlı gecə kimi sırımağa çalışan, anlaqsız, utopik, riyakar, avantürist, xəyanətkar düşüncə tərzinə malik olan, özlərini müxalifət adlandıran siyasi kəsiciliklə, gəmiriciliklə, şantajla, böhtanla, şərlə, çayxana siyasəti ilə məşğul olan bir qrup siyasi dəllallar, dələduzlar baş vermiş hər hansı qətl hadisələrindən dərhal həmin hadisəyə siyasi don geyindirməklə, sifarişli qətl hadisəsi kimi təqdim etməklə hakimiyyəti günahlandırmağa yönəldilmiş yanlış, əsassız, qərəzli, həqiqəti əks etdirməyən fikirlər səsləndirməklə xalq-iqtidar birliyinə, vəhdətinə xələl gətirməyə, ölkədə çaşqınlıq, xaos yaratmağa cəhd etməklə, xarici havadarlarına yaranmağa çalışırlar.

Tovuz rayonunda müstəqil hüquqşünas olaraq fəaliyyət göstərən, müxalifətin rayonda, qərb bölgəsində özünə dayaq nöqtəsi hesab etdiyi, müxalifətə onların sifarişi ilə sosial baza yaratmaq istiqamətində dolayısı ilə ona müraciət edən ayrı-ayrı şəxslərdə hakimiyyətə qarşı, Azərbaycanın ən yüksək səviyyədə, Avropa standartlarına, dünya standartlarına cavab verən, insan, hüquq və azadlıqlarının, asayişin və vətəndaşların təhlükəsizliyinin keçiyində ayıq-sayıq dayanan prokurorluq, məhkəmə, polis, təhlükəsizlik orqanlarına qarşı inamsızlıq hissləri formalaşdırmağa yönəldilmiş hərəkətlərlə məşğul olan, AXH heyətinin üzvü, AXC fəallarından olan Firudin Ələkbərlinin Əli Şəmiyevlə aralarında olan kəskin münasibətlər zəminində onun tərəfindən qətlə yetirilməsini, yəni iki nəfər vətəndaş arasında baş vermiş cinayət hadisəsini internet saytlarında yerləşdirilmiş, youtube kanalalarında, bəzi mətbu orqanlarında, tədbirlərdə Əhməd Orucun, Qurban Məmmədovun, Mirmahnud Fəttayevin və başqalarının siyasiləşdirməsi, hakimiyyətin üzərinə yönləndirmələri, sifarişli qətl hadisəsi kimi təqdim etmələri yalnız və yalnız bir məqsədə xidmət edir, ölkədə, o cümlədən, Tovuz rayonunda süni narazılıqlar yaratmağa, beləliklə də Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təşkilatlarda əks fikirlər, ziddiyyətli məqamlar yaratmağa çalışırlar. DYP-nin rəisi, general Ramiz Zeynalovun, onun qardaşının və digərlərinin adlarını çəkirlər. Bu cinayət hadisəsi ilə onların heç birinin əlaqəsi yoxdur, ola da bilməz. Onları ləkələmək məqsədiniz əbəsdir.

Ramiz Zeynalovun Ulu öndərimiz Heydər Əliyevin siyasətinə, şəxsiyyətinə çox böyük sədaqət nümayiş etdirərək 1994-95-ci illərdə dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında, “Talış-Müğan” Respublikasının “rəhbəri” Əlikram Hümbətovun zərərsizləşdirilməsində çox böyük xidməti olub. Tofiq Zeynalov rayonumuza 10 ildən artıq xidmət edib. Belə məqamdan istifadə edib, dövlət və hakimiyyət orqanları rəhbərlərini günahlandırmaq ən azından cinayətdir.

Qurban Məmmədov, Əhməd Oruc, Mirmahmud Fəttayev eşitmisiniz, ancaq bilmirsiniz harada bişib, deyirsiniz, bir qaşıq qoy yeyim!

Yəni, onu sizin nəzərinizə çatdırıram ki, Əli Şəmiyev Azərbaycanda, Rusiya Federasiyasında bizneslə məşğul olub, pul qazanıb, pullu olanda, siz adlarını hallandırdığınız şəxslərin cibində heç çay almağa pulları yox idi. Əli öz hesabına pul qazanıb və həmin pulları da öz vətənində, elində cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğısına cavab olaraq yeni-yeni obyektlər inşa etdirib. 100-dən çox ailəyə çörək verir, onları işlə təmin edib.

Yəni onu sizin nəzərinizə çatdırıram ki, özlərini müxalifət adlandıranlar, sizin qeyd etdiyiniz kimi deyil. Əli Şəmiyevin kommersiya obyektlərinə yönəltdiyi pullar, onun zəhmətlə qazandığı pullardır. Hadisəni də hakimiyyətin adına bağlamaqda məqsədinizi bilirik.

Qurban Məmmədov və başqaları qeyd edirlər ki, bu hakimiyyətin sifarişidir. Hansı fakta, sübuta istinad edərək baş vermiş qətl hadisəsini sifariş kimi qeyd edirsiniz. Firudin Ələkbərli hakimiyyətdə elə bir nüfuzlu, siyasi biliyə, təfəkkürə malik olan şəxs kimi tanınmır və qəbul da edilmir. Ona görə ki, onun işlədiyi, fəaliyyət göstərdiyi Tovuz rayonunda onun antimilli hərəkətlərinə, çağrışlarına heç kəs səs verməmiş, dəstəkləməmişdir. Tovuz rayonunda hamı bir nəfər kimi müxalifətin antimilli, antikonstitusion fəaliyyətini lənətləyirlər, qəbul etmirlər.

Müxalifət adlandırdığımız siyasi həyasızlar, şərçilər, böhtançılar iki nəfərin arasında baş vermiş hadisəni siyasətləndirməyə çalışırlar. Dünyanın hansı ölkəsində baş vermiş qətl hadisələrini siyasətləndiriblər, hakimiyyətin hansısa vəzifəli məmurunun adına bağlayıblar? Ancaq Azərbaycanda özlərini müxalifət hesab edən antimilli qruplar, şərəfini, vicdanını itirmiş siyasi həyasızlar müxalifətin sifarişini yerinə yetirən müxalif şəxsin ölümünü siyasətləndirərək hakimiyyəti günahlandırır, həbs olunan müxalifətdən olan şəxsləri isə yəni konkret cinayət əməli sübuta yetirilərək həbs edilmiş şəxsləri ilə siyasi məhbus adlandırırlar.

Elə fakt üçün deyirəm ki, 12 yanvar 2009-cu il tarixdə Firudin Ələkbərli ondan hüquqi yardım almaq məqsədilə onun ofisinə gələrək ona müraciət edən 62 yaşlı Elman Mirzəyevi boğaz nahiyyəsindən tutub qaldırıb yerə çırpıb, qolunu, qılçasını qırıb, onu huşsuz vəziyyətdə qoyub çıxıb gedib. Onu Təcili Yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya aparıblar. Mən bu ağır cinayət hadisəsi barəsində həmin ilin yanvarında “Vəkil, yoxsa reket?” başlığı altında tənqidi çıxış etmişəm. Elman Mirzəyev uzun müddət müalicə olundu, şikəstlik qaldı onun ayaqlarında, sonradan da vəfat etdi.

Qurban Məmmədov, Əhməd Oruc, Mirmahmud Fəttayev əgər Firudin Ələkbərli 2009-cu il 12 yanvar tarixdə törətdiyi cinayət hadisəsinə görə həbs edilmiş olsaydı, onda yəqin ki, siz siyasi məhbus adı verərdiniz.

Özünüz düşünün, əgər utopiyadan uzaqsınızsa, həmin illərdə Ramiz Zeynalov həmin vəzifədə idi, indi də həmin vəzifədədir. Tofiq Zeynalov da Tovuzun icra başçısı idi. Əgər onlar Firudin Ələkbərliyə qarşı həqiqətən qərəzli mövqedə idilərsə, onda niyə onu həbs etdirmirdilər?! Sizin fikirləriniz tam yanlışdır. Əsassızdır. Siz utanmadan siyasi həyasızlıq, hoqqabazlıq edərək qətlə yetirilmiş mərhumu şəhid adlandırırsınız. Beləliklə də, torpaq, vətən yolunda canını qurban vermiş 25 mindən çox qəhrəman, igid, cəsur şəhidlərimizin ruhuna hörmətsizlik edirsiniz.

Qurban Məmmədov deyir ki, mən hüquqşünasam. Yaxşı, onda sual olunur, onda niyə istintaq işinə müdaxilə edirsən, cinayəti sifariş adlandırırsan, siyasi don geyindirirsən?! Dövləti günahlandırırsan?!

Axı, siz nə kar deyilsiniz, nə də kor deyilsiniz. Cinayət hadisəsi baş verən andan dərhal Baş Prokurorluq, DİN hadisə ilə bağlı məlumat yaydı, əməliyyat-istintaq qrupu yaratdı, cinayət işi başlandı. İş Ağır Cinayətlər Üzrə Istintaq Idarəsinə istintaqa verildi. Dövlət orqanları nə laımdı ediblər və istintaq davam edir, qətl törədən şəxs həbsdədir. Ayrı sizə nə lazımdı, ay siyasi dələduzlar.

Youtube kanallarında özünüzə məxsus tərzdə deyirsiniz ki, Firudin Ələkbərli Youtube kanallarında hakimiyyətə qarşı sərt çıxışından sonra qətlə yetirilib.

Qurban Məmmədov, papağını qabağına qoy, fikirləş, siz hər gün hakimiyyətin, milli maraqlarımızın, dövlət maraqlarımızın ziddinə olaraq, antikonstitusion çıxışlar edirsiniz, hakimiyyəti söyüb təhqir edirsiniz, şər-böhtanla məşğul olursunuz, erməniləri şadlandırırsınız. Yaxşı, sizi niyə öldürmürlər?! Əli Kərimli, Mirmahmud, Arif Hacılı, İsə Qəmbər və başqaları hakimiyyətə qarşı, xalq hakimiyyətinə qarşı çıxışlar edirsiniz, onları niyə öldürmürlər, Firudin Ələkbərlini öldürürlər?! Yalan ayaq tutar, ancaq yeriməz. Qətl hadisəsini törədən şəxsin səhhətində kəskin problemlərin olmasını, hadisəni törədərkən anlaqlı və ya anlaqsız olmasını araşdırmaq, müəyyən etmək hüquq mühafizə orqanlarının işidir. İstintaqa müdaxilə edilə bilməz.

Əgər hansısa YAP üzvü, hakimiyyəti dəstəkləyən, müxalifəti isə kəskin tənqid edən şəxs qətlə yetirilsəydi siz onu şəhid adlandırmazdınız, hakimiyyətin sifarişi deməzdiniz, siyasi don geyindirib siyasi həyasızlıq etməzdiniz.

Sizin çıxışlarınız, söylədiyiniz əsassız və qərəzli ifadələr Firudin Ələkbərlinin müdafiəsinə yönəldilməyib, hakimiyyətin nüfuzuna xələl gətirməyə yönəldilib.

Çox təəssüf ki, bu cür hərəkətlər sizə nüfuz yox, nifrət hissini daha da artırır, Azərbaycanda olan müxalif şəxslərin siyasi həyasızlığını, gəmiriciliyini, kəsiciliyini sübut edir.

Hər bir vətənpərvər, ürəyi, qəlbi Azərbaycanımızın dünəni, bu günü və gələcəyi ilə döyünən Azərbaycan vətəndaşı kimi Əli Şəmiyev də qardaşı Eyvaz müəllimlə birlikdə müdrik rəhbərimiz, bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını təbliğ edən, dəstəkləyənlərdən biri olaraq, AXC-Müsavat ikihakimiyyətliyinin çürük, xalqa zidd siyasətinə qarşı olmaqla, onları həmişə lənətləyənlər sırasında olub.

Əbədiyaşar rəhbərimizin siyasətinin davamı olaraq, tarixi əvəzsiz şəxsiyyət, dünyanın qəbul etdiyi və məsləhətləşdiyi, beynəlxalq aləmdə, dünya siyasətində özünə məxsus tərzdə Azərbaycan xalqının, dünya azərbaycanlılarının, türk dünyasının, bütövlükdə dünya xalqlarının, bəşəriyyətin maraqlarına uyğun olan siyasi yeniliklər yaratmış Prezident İlham Əliyevin uğurlu, məqsədyönlü, daxili və xarici siyasətinə öz əməli işi, dəstəyi ilə xidmətinin nəticəsidir ki, Əli Şəmiyev ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerinin açılması, turizm mərkəzlərinin, komplekslərinin yaradılması istiqamətində çox böyük işlər görüb.

Xüsusən də, Tovuz rayonunda turist axınını artırmış, istirahət kompleksini, turizm mərkəzini yaratması, rayon iqtisadiyyatını yüksəldilməsi, əhalinin sosial problemlərinin həll edilməsinə yönəldilmiş hərəkətlər edərək dövlət başçımızın siyasətinə dəstək verməsi müxalif şəxsləri, o cümlədən özlərini müxalifət adlandıran, əslində isə mənəvi psixoloji virusun daşıyıcıları və yayıcıları, şərəfsiz və vicdansız, anlaqsız, utopik düşüncə tərzinə malik olan riyakar, avantürist antimilli şəxslərin qərb bölgəsində, o cümlədən Tovuz rayonunda Planlarını həyata keçirməyə çalışan AXH idarə heyətinin üzvü Firudin Ələkbərlini narahat etməyə bilməzdi.

Ona görə ki, o, Azərbaycan Prezidentinin mövqeyini həmişə xalq arasında aşağı salmağa yönəldilmiş hərəkətlərə yol verirdi.

Təvazökarlıqdan uzaq da olsa, qeyd edim ki, müxalifəti kəskin tənqid edən analitik təhlilli məqalələrlə mətbuatda çoxsaylı çıxışlar etdiyimə görə Firudin Ələkbərli ayrı-ayrı siyasi baxışları zəif olan müxalifətə anlaqsız şəkildə onun diqtəsi ilə gah “bəli”, gah da “yox” deyən şəxsləri, o cümlədən, Dönük Qırıqlı kənd mədəniyyət evinin keçmiş müdiri Ramiz Həsənovu, həkim Zabit Süleymanovu, Elbrus Həsənovu və başqalarını öyrədib məni təhqir etdirirdi.

Ramiz Həsənovu Tovuz Regional Poçt Filialının rəisi Elşən Kəmərovu öz tərəfinə çəkib onun maliyyə dəstəyindən istifadə edib, poçt işçilərini ələ alıb mənim barəmdə əsassız, qərəzli, şərə-böhtana söykənən 20-dən çox iddia ərizəsi yazıb mənim barəmdə xüsusi ittiham qaydalarında ərizələr yazıb. Əlbətdə Poçt Filialının rəisi Elşən Kəmərovun qanunazidd hərəkətləri, əməlləri barəsində RYTN-ə şikayət ərizələri yazdığıma görə Elşən Firudin Ələkbərli ilə mənə qarşı həmrəylik nümayiş etdirib. Onun tapşırığı ilə Kəmərov poçtun işçilərini – 15 nəfər qadını öyrədib məhkəmədə, polisdə məni şərlədib, mənə böhtan atdırıb. Ancaq ədalətli məhkəmə hakimiyyəti milli maraqlarımıza, insan hüquq və azadlıqlarının qorunmasına, müdafiəsinə xidmət edən məhkəmə, polis onların mənə qarşı mövqelərinin qərəzli olduğunu şər-böhtan olduğunu sübut etdi.

Ona görə də ikili mövqeydə olan Elşən Kəmərov kimi şəxslər Regional Poçt Filialının müdiri vəzifəsində qala bilməzlər. Mən bu cür hərəkətləri ona görə qeyd edirəm ki, Elşən Kəmərov kimi Əli Şəmiyevi də Firudin Ələkbərli özünə məxsus üsul və vasitələrlə, metodlarla, içməsi sudan istifadə edən rayon sakinlərinin adından çıxışlar etməklə, onun biznes fəaliyyətinə maneəçilik törətməyə cəhd etməklə, onun inşa etdirdiyi turizm və istirahət mərkəzində olan, içməli su xətləri ilə heç bir əlaqəsi olmayan və zərər yetirməyən çimərliklərin,, göllərin əsassız və qərəzli şəkildə içməli su xətləri ilə əlaqələndirməklə , ayrı-ayrı dövlət və hakimiyyət orqanlarına müraciətlər, şikayətlər etməklə dolayısı ilə öz tərəfinə, müxalifətin tərəfinə və mövqeyinin müdafiəsinə yönəltməyə çalışırdı. Ona görə ki, müxalif adlandırdığımız başıpozuq, anlaqsız antimilli təxribatçı qruplar nəinki Azərbaycanda, eyni zamanda xarici himayədarları arasında da nüfuzdan düşüblər. Xarixdən aldıqları maliyyə dəstəyi ilə Azərbaycanda onların planlarını həyata keçirə bilmədiklərinə görə bunlar bu və ya digər forma və metodlarla Əli Şəmiyev kimi iri biznes sahiblərini şərləməklə, böhtan atmaqla, qorxu hissi yaratmaqla öz sıralarına cəlb etməklə onun maliyyə imkanlarından istifadə edib Tovuzda və ayrı-ayrı bölgələrdə Bakıda antimilli şəxsləri maliyyələşdirsinlər.

Əli Şəmiyev isə heç vaxt milli dövlətçilik maraqlarımızı Firudin Ələkbərlinin bütövlükdə antimilli qüvvələrin müxalifətin maraqlarına qurban verməmişdir. Onların planlarını, məqsədlərini dərk edərək rədd etmişdir.

Ona görə də Firudin Ələkbərli uzun illərdən bəri Əli Şəmiyevin bu cür sıxıntıdan, gərginlikdən səhhətində, sinir sistemində yaranmış xəstəliklərdən, problemlərdən, depressiyalardan, əsəb xəstəliyyindən əziyyət çəkməsinə belə məhəl qoymamışdır. Belə bir gərgin vəziyyətin nəticəsi olaraq ipə-sapa yatmayan Firudin Ələkbərli Əli Şəmiyevə qarşı daha da aqressiv addımlar atmış, onun ağır cinayət hadisəsi törətməyə, vadar etmiş, təhrik etmişdir.

Nəticə etibarı ilə əsəb gərginliyi içərisində yaşayan, sinir xəstəliklərindən əziyyət çəkən Əli Şəmiyev belə bir qətl hadisəsi törətməyə bilməzdi. Əlbəttə, Əli Şəmiyev heç vaxt heç kimə güldən ağır söz deməyib. Ancaq onun səhhətində yaranan ciddi problemlər onu özündən çıxarıb.

Firudin Ələkbərli də istəməzdi ki, kimsə onu öldürsün, sadəcə o, Əli Şəmiyevin maliyyə imkanlarını dolayısı ilə müxalifətin maraqlarına yönəltmək üçün onu hansısa cinayət əməli törətməyə təhrik edirdi. Ancaq çox təəssüf ki, Əli Şəiyevdə o qədər yüksək dərəcəli psixoloj gərginlik yaratdı ki, artıq o, bu hadisəni törətdi.

Əlbətdə, mən istintaqın işinə müdaxilə etmirəm. Hadisəyə qədərki mənzərənin təhlilini verirəm.

Mən bununla oxucularımıza bildirmək istəyirəm ki, müxalifət adlandırdığımız şəxslər özlərinin çirkin əməllərini həyata keçirmək məqsədilə hansı variantlardan, üsullardan istifadə edirlər. Cinayət hadisəsinin baş verməsi üçün zəmin yaradırlar. Sonra da başlayırlar qətl hadisəsindən hakimiyyətə qarşı istifadə etməyə.

Demirlər ki, Əli Şəmiyev Rusiyada yaşayan qardaşı Eyvaz müəllimin maliyyə dəstəyindən istifadə edərək, Prezidentimizin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğısına öz əməli işi ilə cəvab verərək böyük turizm və istirahət mərkəzi yaradıb, işsizləri işlə təmin edib, sahibkarlıq obyektlərini genişləndirərək qeyri-neft sektorunun inkişafına dəstək verib.

Bu təbdirləri, obyektləri inşa etdirmək məqsədilə dövlətimizin maliyyə dəstəyindən də yararlanıb. Sahibkarlığın inkişafına dövlət dəstəyi fondundan səkkiz yüz min manat pul vəsaiti verilib. Firudin Ələkbərli isə dövlət başçımızın siyasətinə öz əməli işi ilə cavab verərək qeyri-neft sektorunu inkişaf etdirən Əli Şəmiyevi müxtəlif bəhanələrlə sıxışdırmağa, hədə-qorxu gəlib, şantaj edib, təhqir, böhtan yolu ilə ondan ilkin olaraq yüz min manat pul tələb edib.

Qanuni fəaliyyət göstərən ayrı-ayrı dövlət orqanlarının qanunauyğun qərarları, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, təmizləyici qurğuların, avadanlıqların olduğu halda, Avropa standartlarına cavab verən istirahət zonasının, çimərliyin olduğu halda, su problemi adı altında öz şəxsi maraqlarını, müxalifətin maraqlarını təmin etmək məqsədilə belə bir addım atmaq baş verən cinayət hadisəsinə zəmin yaratmışdır.

Dəmir Qurbanlı,

AJB-nin üzvü, “Qızıl Qələm”, “Azərbaycan Bayrağı”,

“Xalqın nüfuzlu ziyalısı” mükafatları laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə