Şadlıq saraylarındakı qiymətlər baş "çatladır" ARAŞDIRMA

Şadlıq saraylarındakı qiymətlər baş "çatladır" ARAŞDIRMA

Azərbaycan toyları öz dəbdəbəsi, zəngin süfrəsi ilə seçilir. Əfsuslar olsun ki, Azərbaycanda "yaxşı toy" düşüncəsi bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir. Həmçinin toylarda süfrədə olan israfçılıq insanlara mənfi təsir göstərir, yüksək səs akustikası isə qonaqların el şənliyindən zövq almasına imkan vermir.

Restoranlarda qiymətlər necədir və onlar nəyə əsasən hesablanır?

Məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyevdən münasibət öyrəndik. SİA-ya açıqlama verən ekspert bildirdi ki, şadlıq saraylarının bəziləri vergidən yayınır: "Şadlıq sarayları normalda sadələşdirilmiş vergi ödəyirlər. Yəni bir şadlıq sarayının aylıq gəlirinin 4%-i dövlətə çatır. Bu, o deməkdir ki, əgər aylıq gəlir 20 min manatdırsa, o, dövlətə 800 manat pul ödəyir. Ancaq bu faizlər Bakı şəhəri üçün hesablanır. Bakıdan kənarda isə vergi 2%-dir. Əgər şadlıq sarayının aylıq qazancı 120 min manatdan artıqdırsa, bu zaman əlavə dəyər vergisi ödənilir. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bu zaman qazanılan pullardan xərclər, gəlirdən isə mənfəət vergisi çıxılır. Bir sözlə, şadlıq saraylarında vergi ödəməsi aylıq gəlirə görə hesablanır. Amma bütün şadlıq sarayları öz gəlirlərini açıq şəkildə göstərmir. Bəziləri vergidən yayına bilir. Çünki onların bir çoxuna bu, sərf etmir".

Biz də paytaxtda fəaliyyət göstərən bir neçə şadlıq sarayının menyusunun qiymətini müəyyən etmək üçün araşdırma apardıq.

Onları təqdim edirik:

1. "Yeni Xudafərin"- 45-50 manat

2. "Amor" - 45-55-65 manat

3. "Arena" - 60-70 manat

4. "Ay işığı" - 60-70-100-120 manat

5. "Qızıl qaya" -70-80 manat

6. "Madonna" - 60-70-90 manat

7. "İmperial" -60-80 manat

8. "Kral" - 70-95-130 manat

9. "Meridian" - 60-70-80 manat

10. "Movida Plaza" - 50-60 manat

11. "Sarı gəlin" - 60-70-90 manat

12. "Sərin" - 60-80 manat

13. "Su pərisi" - 45-50 manat

14. "Niaqara" - 60-75 manat

15. "Xəmsə" -60-70 manat

16. "Yeganə" - 70-80 manat

17. "Xan bağı" - 60-80 manat

18. "Ağ saray" - 90-100 manat

19. "Jumeirah Bilgah Beach Hotel"- 250 avro

20. "Su Sonası" - 85-95-140

21. "Yeddi gözəl" - 45-70 manat

22. "Su səsi" - 25-45-50 manat

23. "Xarı bülbül" - 40-70-80 manat

24. "Kral" - 100-130-150-170 manat

25. "Hollivood" - 120-180 manat.

Bütün xəbərlər Facebook səhifəmizdə