Azərbaycanda Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri tələbələrinin I forumu keçiriləcək
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən "Yaşayan tarix" adlı yeni bir layihə hazırlanır. Bu barədə SİA-ya açıqlamasında ATGTİ-nın sədri Şahin İsmayılov məlumat verib. O bildirib ki, bu layihə İkinci Dünya Müharibəsində döyüşən azərbaycanlılar haqqında bir film olacaq. Onun sözlərinə görə, bütün Azərbaycanı əhatə edəcək filmin təqdimatı 9 may ərəfəsində təşkil ediləcək. Filmdə komandanın sırf olaraq tələbələrdən ibarət olduğunu deyən Ş.İsmayılov vurğulayıb ki, bütün rolları onlar özləri ifa ediblər.
"Bundan başqa, böyük bir televiziya layihəsi olacaq, tələbələri maraqlandıran seminarlar keçiriləcək. Eyni zamanda, yeni bir Şən və Hazırcavablar Klubu liqasının təşkilini planlaşdırırıq. Bununla yanaşı, ittifaq bu vaxta kimi Azərbaycanda analoqu olmayan yeni bir layihə üzərində işləyir. "Tələbə senatı" adlı layihənin geniş ictimaiyyətə təqdimatı qısa vaxt ərzində həyata keçiriləcək. "Tələbə senatı" çox maraqlı layihədir və neçə müddətdir ki, bunun üzərində işləyirik. Çox orijinal və Azərbaycan üçün yeni bir layihədir. İttifaq həmçinin Azərbaycanda Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri tələbələrinin I forumunun keçirilməsini planlaşdırır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB