Gənc yazar, şair, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin publisistika bölməsinin rəisi polis mayoru Hafiz Hacxalılın daha bir yeni kitabı işıq üzü görüb. Daima vətənə məhəbbət, el-obaya sevgi dolu şeirləri ilə oxucuların görüşünə gələn gənc şair, bu dəfə də ənənəsinə sadiq qalıb. Gənc şairin yeni “Xatirən var” kitabında şeirlər və publisistik məqalələr yer alıb. Bu yeni kitabda həmçinin məhəbbət, vətən həsrəti, el-oba həsrəti daha çox yer alıb. Gənc şairin daima el-obaya bağlılığı tərənnüm edən şeirləri, vətən həsrəti ilə alışıb-yanan misraları bu kitabda da öz yerini alıb.
“Həsrətin dili yox, dərdin amanı,
Mən necə yaşayım bu qərib ömrü.
Qırılıb ümidim, itib gümanım,
Özümdən uzağa atmaq istərəm,
Bir sapand daşına döndərib ömrü.”
Gənc şairin bədii və publisistik yaradıcılığına bələd olduqca onun daima həsrətində olduğu, doğma yurddan, gecə-gündüz yaddaşında silinməz izlər qoymuş sevdiyi torpaqlardan ayrı qaldıqca çəkdiyi iztirablardan yazdığı şeirlərində daha çox xəbər tutursan. Hər misrasında vətən həsrəti, dədə Şəmşirin sazından qaynaqlanan torpaq sevgisi H.Hacxalılın yaradıcılığında daima ön sıradadır. Gözəl misralar müəllifi olan gən şairin “Xatirən var” kitabı öz ideyasına, məzmununa görə milli vətənpərvərlik ruhuna doğmadır. Polis zabiti olan gənc şair, həm qanunçuluğu qoruyur, həm də ədəbiyyatımızın, mənəvi dəyərlərimizin, saz-söz sənətimizin keşiyində dayanır. Yolun uğurlu olsun şair!.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB