Virus infeksiyalarına yoluxma ilə bağlı son vəziyyət Səhiyyə Nazirliyi

Virus infeksiyalarına yoluxma ilə bağlı son vəziyyət Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi ölkədə respirator virus infeksiyalarına yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir: "Mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, ancaq yoluxma sayında artım yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə