Hardasiniz ay Ayka vorzakonkalar?

AXCP ali məclisinin üzvü Rəşid Turabovun dünən sosial mediada yayınlanan səs yazısı əslində bir çox məqamlara aydınlıq gətirdi. İllərdir mövcud iqtidarı troll dəstələri saxlamaqda və AXCP sədri Əli Kərimli və digər radikal müxalifət təmsilçilərinə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandıran radikallar elə bir çətin vəziyyətə düşdülər ki, bunu sözlə ifadə etmək mümkün deyil. Belə ki, ali məclisin üzvü yaranan son vəziyyətlə bağlı vatsap qrupu üzvlərinə sitəm edərək bildirir ki, çox zeifsiniz, son hadisələrə reaksiyanız sıfıra bərabərdir. Yəni bunu belə də oxuya bilərik: hardasiniz ay Ayka vorzakonka Namazqilankalar? Niyə səsiniz gəlmir? İndiki məqamda Əli bəyin sizə daha çox ehtiyacı var axı? Fuad bəyi bəhanə gətirib iqtidar Əli Kərimlini sıxışdırır və onun getməyini istəyir, sizlər isə düşmüsünüz kor quyunun dibinə.

Biriniz deyirsiniz dənizə gedirəm, biriniz deyirəm feministem. Sizi bilmirəm amma mən bu feminist məsələsində qəşş elədim güldüm xeyli. Sağ ol, Rəşid bəy! Sizin kimi Ali Məclis üzvü olanın elə partiyası da bu gündə olmalıdır. O Isgəndər bəy də hər kimdirsə vəziyyətdən çıxış yolu tapmaqda usta adamdır. Adam belə deyək də, Əli Kərimlinin çirkablarina özünü daha çox bulasdirmamaq üçün durub gedib deyib ki, mən belə məsələlərə qoşula bilmərəm, çünki mən feministem. Qəşəng bəhanədir, hə? Azərbaycan siyasi səhnəsində Fuad Qəhrəmanlı olayi yeni bir cəbhə açdığı kimi, İsgəndər bəy də bu proseslerin içindən xilas olaraq hətta dünya tarixinə feminist ərkək kimi düşdü. Bu biri tərəfdən baxanda da zalim oğlu elə bil yehova şahidlərindəndir və bunu əsgər aparırlar, deyir yox e, mən əsgər gedə bilmərəm, çünki dinim icazə vermir.

Rəşid bəy bu səs yazısı ile əslində hem de radikal müxalifətin içinde bulunduğu ideoloji və deyer boşluqları göz önünə serdi. Zarafat deyil e, radikallar ciddi mənada mənəvi degeredasiyadan əziyyət çəkirlər. AXCP Trollari artıq "yorğun demokrati" oynayıb iqtidari söyərək, təhqir edərək, Sevinc Osmanqızının yutube kanalında şərhlərdə "liderimiz Əli bəy!" yazaraq dalana direndiklerini ortaya qoydular. Son hadisələrdə mövcud vəziyyəti düzgün dəyərləndirənlər və ənənəvi olaraq söyüs ritorikasini seçənlər arasında mücadilə başlayıb ki, AXCP Ali Məclisinin üzvünün yayılan səs yazısı da bunun bariz sübutudur.

Oktay Hacımusalı

Bütün xəbərlər Facebook səhifəmizdə