Səməd Seyidov: “Ali məktəblərdə elm ən yüksək səviyyədə inkişaf etdirilməlidir”
"Son illərdə ölkədə elmin inkişafı istiqamətində mühüm işlər görülüb. Amma bununla yanaşı hələ ki xeyli işləmək lazımdır". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov məlumat verib. O bildirib ki, hər bir ölkənin inkişafı, qüdrəti onun elminin səviyyəsi ilə müəyyən olunur. Universitetlərdə alimlərin yubileylərinin təşkilinin ölkədə elmin inkişafına böyük təkan verəcəyini deyən S.Seyidov vurğulayıb ki, ali məktəb olaraq elmə xüsusi diqqət edirik. Onun sözlərinə görə, elmsiz ali məktəb olmaz, ali məktəblərdə isə elm ən yüksək səviyyədə inkişaf etdirilməlidir".
"Əgər 90-cı illərin əvvəllərində bu sahəyə həvəs yox idisə, indi Azərbaycanda elmin inkişafı üçün əlverişli şərait yaradılıb. ADU-da hər zaman elmə, təhsilə yüksək qiymət verilib. 2008 və 2009-cu illər ADU-da elm ili elan olunub və bu fəaliyyətin nəticəsi olaraq universitetdə elm sahəsində böyük işlər görülüb", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB