Almaniyada Azərbaycan Diaspor Cəmiyyəti tərəfindən Xocalı Soyqırımının 19-cu ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
Almaniyada fəaliyyət göstərən Azərbaycan Diaspor Cəmiyyət və fəalları tərəfindən Xocalı Soyqırımının 19-cu ildönümünə həsr olunan bir sıra silsilə tədbirlər keçiriləcək. Almaniyada Azərbaycanlıların Koordinasiya Mərkəzindən SİA-ya verilən xəbərə görə, ilk tədbir bu gün Alman-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyəti tərəfindən alman parlamentində keçiriləcək.
Xocalı faciəsi fevralın 24-də Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi və "Xocalıya Ədalət" Kampaniyası tərəfindən həyata keçiriləcək xatirə konserti ilə anılacaq. Berlin Filarmoniyasında baş tutacaq xatirə konsertində klassik alman və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.
Daha bir tədbir fevralın 25-də Atatürkçü Düşüncə Dərnəyi tərəfindən reallaşacaq. Tədbirdə millət vəkili Rövşən Rzayev, Elmlər Akademiyasının tarix institutunun şöbə müdiri Kərim Şükürov və digərləri çıxış edəcəklər.
Azərbaycan Evi: Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, "Xocalıya Ədalət" Kampaniyası tərəfindən Xocalı faciəsinə həsr olunan nümayiş fevralın 26-da Braytşaydplatz – Sınıq Kilsənin qarşısında baş tutacaq. Nümayişdə faciə ilə bağlı, şüarlar, çıxışlar səsləndiriləcək, faciə ilə bağlı məlumatlandırıcı və yazılı informasiya yayılacaq və imza toplama mərasimi keçiriləcək.
Həmin gün Azərbaycan Kültür Ocağı tərəfindən Xocalı Soyqırımının 19-cu ildönümünə həsr edilən xatirə gecəsi keçiriləcək. Gecədə faciə ilə bağlı sənədli film nümayiş olunacaq. Nümayişdə cəmiyyət üzvləri, Azərbaycan cəmiyyətləri və diaspor üzvləri iştirak edəcəklər. Nümayişdən sonra Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti faciə ilə bağlı cəmiyyət üzvlərinin toplantısını keçirəcək.
Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasıyası da həmin gün Xocalı Soyqırımı qurbanlarına həsr olunan anma mərasimi keçirəcək. Mərasimdə Türk və Azərbaycan cəmiyyətlərinin üzvləri və diaspor nümayəndələri iştirak edəcəklər.
Fevralın 26-da həmçinin Saksen-Anhalt Vilayəti üzrə Alman-Azərbaycan cəmiyyəti, Almaniyadakı Azərbaycan Səfirliyi tərəfindən anım mərasimi keçiriləcək. Mərasimdə faciə ilə bağlı film nümayiş olunacaq, informativ çıxışlar ediləcək, Xocalı faciəsi haqqında broşürlər paylanacaq. Anım mərasimində siyasi partiyaların üzvləri, Azərbaycan və Türk cəmiyyətləri, diaspor nümayəndələri iştirak edəcək.
Avropa Azərbaycanlılar Konqresi də həmin gün konfrans keçirməyi planlaşdırır. Konfransda millət vəkili Rövşən Rzayev iştirakı nəzərdə tutulur. Frankfurt Azərbaycan Cəmiyyəti tərəfindən Frankfurt, Göte Universitetinin Kitabxanasında Azərbaycan bölməsinin açılış mərasimi baş tutacaq.
Odlar Yurdu Cəmiyyəti isə 14 türk cəmiyyəti ilə birlikdə fevralın 26-da faciə ilə bağlı xatirə gecəsi keçirəcək. Gecədə faciə ilə bağlı sənədli film nümayiş olunacaq, Azərbaycan haqqında çıxışlar səslənəcək, Xocalı haqda broşürlərin paylanacaq və Ehsan süfrəsi açılacaq.
Atatürk Düşüncə Mərkəzi, Azərbaycan Mədəniyyəti dərnəyi ilə birgə anım mərasimi keçirəcək. Anım mərasimində: Xocalı faciəsinə həsr olunmuş fotosərgi, informativ çıxışlar, Xocalı soyqırımı haqqında broşürlər və yazılı informasiyaların təqdimatı baş tutacaq.
Həmin gün həmçinin Xəzər cəmiyyəti; türk icması AR Səfirliyinin dəstəyi ilə, AAKM ilə əməkdaşlığı çərçivəsində Xocalı faciəsinə həsr olunmuş konfrans reallaşacaq. Tədbirdə cəmiyyətin sədri Etibar Qəniyev və Günel Qəniyeva millət vəkili Rövşən Rzayev, EA Tarix İnstitutunun şöbə müdiri Dr.Kərim Şükürov və digərləri iştirak edəcəklər.
Xocalı faciəsi günü Azərbaycan tələbələr birliyi və Azərbaycan Diasporu da Xocalı faciəsi ilə bağlı konfrans keçirəcəklər. Tədbirdə Azərbaycan Diaspor nümayəndələri, tələbələr iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB