Ombudsman məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq ekspertlə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq ekspert Ana Maria Rubio Encina ilə görüşüb. Ombudsman Aparatının mətbuta xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ATƏT-in Bakı ofisinin Qanunun aliliyi şöbəsinin müdiri Monika Martinez iştirak edib. Ombudsman fəaliyyətində dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlarla, o cümlədən nüfuzlu beynəlxalq qurum olan ATƏT-lə əməkdaşlığa da önəm verdiyini bildirib.
Müvəkkil BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qismində müəyyən edildiyini və Müvəkkilin 17 nəfərdən ibarət MPM qrupunun yaradıldığını vurğulayıb. Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə monitorinqlərin, uzunmüddətli başçəkmələrin həyata keçirildiyi bildirilib.
Bu sahədə ATƏT-lə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, bu qurumun Ombudsmanın MPM qrupunun üzvləri, həmçinin Müvəkkilin regional mərkəzlərinin əməkdaşları üçün beynəlxalq ekspertlərin iştirakı ilə treninq-seminarlar keçirdiyi nəzərə çatdırılıb. Son treninq-seminarın yekunlarının və birgə başçəkmələrin nəticələrinin müzakirəsi zamanı bu monitorinqlərdə iştirak edən beynəlxalq ekspertin Ombudsmanın və MPM qrupu üzvlərinin bu başçəkmələri peşəkarlıq, obyektivlik və dəqiqliklə həyata keçirdiklərini vurğuladığı, habelə MPM-lə bağlı müvafiq sənədləşməni və informasiya təminatını yüksək dəyərləndirdiyi qeyd olunub.
Beynəlxalq ekspert A.M.Rubio Encinas insan hüquqları sahəsində mühüm problemlərdən olan məişət zorakılığına qarşı mübarizə istiqamətində ölkəmizdə aparılan işlərlə, habelə Müvəkkilin bu sahədə fəaliyyəti ilə maraqlanıb. Müvəkkil müasir qloballaşma dövründə dövlətlərin davamlı inkişaf strategiyalarına müvafiq olaraq öz prioritetlərini müəyyənləşdirdiyini bildirib. Ölkəmizdə əhalinin bütün qruplarının maraqlarının və onların fundamental insan hüquqlarının təmin olunmasına, həmçinin qadınların hüquqlarının müdafiəsinə də diqqətlə yanaşıldığı nəzərə çatdırılıb.
E.Süleymanova qeyd edib ki, artıq ümumqəbul olunmuş qaydaya əsasən, qadınların və kişilərin hüquq bərabərliyinin gerçəkləşməsindən ötrü onlar üçün bərabər imkanların yaradılması zəruridir. O, zorakılıq halları törədənlərin düzgün yola qaytarılması, reabilitasiyası istiqamətində tədbirlərin genişləndirilməsini önə çəkib. Bəzi qadınların məruz qaldığı zorakılığı normal hal kimi qəbul etdikləri, bəzən köhnədən qalmış münasibətlərə, adətlərə ucqar kəndlərdə hələ də rast gəlindiyi, qanunun aliliyini rəhbər tutaraq belə stereotiplərin aradan qaldırılmasının zəruri olduğu diqqətə çatdırılıb.
Ombudsman zorakılığının ən ağır növlərinin müharibələr və hərbi münaqişələr dövrünə xas olduğunu, Ermənistanın Azərbaycan qarşı 20 ildən artıq davam edən təcavüzü nəticəsində minlərlə soydaşımızın, dinc əhalinin, o cümlədən yeniyetmə qızların və qadınların əsir və girov götürüldüyünü, işgəncələrə məruz qaldığını diqqətə çatdırıb. Ölkə əhalisinin bir milyon nəfərinin qaçqın və məcburi köçkün həyatı yaşadığı, ailələrin dərin mənəvi və psixoloji stress keçirdiyi vurğulanıb. Ombudsman qeyd edib ki, ailələrin dağılmasının qarşısının alınması məqsədilə mediatorluq institununun formalaşdırılması və inkişaf etdirilməsinə ehtiyac duyulur, bu institut bir çox hallarda effektiv barışıq vasitəsi kimi istifadə oluna bilər.
E.Süleymanova məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsini, müsbət təcrübənin həyata keçirilməsini, müvafiq ədəbiyyat, lifletlər, plakatlar və digər çap materiallarının hazırlanmasını, KİV-də bu mövzuda materialların daha geniş yer almasını təklif edib. Beynəlxalq ekspert Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətini və təcrübəsini yüksək dəyərləndirib, səmimi qəbul, faydalı təkliflər, fikir mübadiləsi və çoxsaylı suallarının cavablandırılmasına görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB