Bakının Baş planı nə vaxta qaldı?

Bakı şəhərinin Baş planının hazırlanması işləri 2020-ci ilin sonlarınadək yekunlaşacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud sentyabrın 19-da Bakıda keçirilən “Caspian Energy Forum – 2019”da deyib.

“Komitə tərəfindən respublikanın 51 şəhərinin Baş planı hazırlanıb. Bunlardan 42-si artıq təsdiqlənib. Doqquz şəhərin Baş planının yaxın illərdə təsdiqlənməsi gözlənilir”, - deyə R.Mahmud qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə