“Heydər Əliyev məfkurəsinin gənclər aarasında təbliği” adlı ekskursiya təşkil edilib

Bu gün Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədi ilə “Heydər Əliyev məfkurəsinin gənclər aarasında təbliği” mövzusunda Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. SİA-nın məlumatına görə tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manfov bildirmişdir ki, yeniyetmə və gənclərin iştirak etdikləri ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub.

Ekskursiya çərçivəsində iştirakçılara Mərkəzin əməkdaşı, elmi işçi Rəşad Dadaşov tərəfindən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və qorunmasında göstərdiyi müstəsna xidmətlər barədə ətraflı məlumatlar vermişdir. Eyni zamanda yeniyetmə və gənclər Mərkəzin muzey bölməsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə yaxından tanış olmuşlar

Ekskursiyanın sonunda xatirə şəkilləri çəkdirilib.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə