“Speak out” natiqlik məktəbi layihəsinə yekun vurulub

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəkidə reallaşdırdığı “Speak out” natiqlik məktəbi layihəsinə yekun vurulub. SİA DVC-yə istinadən bildirir ki, “Speak out” natiqlik məktəbinin məqsədi gənclərin natiqlik bacarıqlarının, araşdırma qabiliyyətlərinin inkişaf etdirilməsi, dünyagörüşlərinin, komanda ruhunun və fəallıqlarının artırılması, mövzuların tədqiqində onlara kömək göstərilməsi olub.

Natiqlik məktəbində gənclər “Natiqlik sənəti”, “Bədən dili”, “Diksiya”, “Ünsiyyət bacarıqları” təlimləri, “Nə?, Harada?, Nə zaman?”, “Breyn rinq” intellektual oyunu, debat yarışı, “Code Tusi” komanda oyununda iştirak ediblər. Layihəyə Bakı ilə yanaşı, 10 regiondan 34 gənc qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə