Türkiyənin Vitse-prezidenti "ASAN xidmət" mərkəzi ilə tanış olub

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılmasının məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımdan "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bu günədək 33 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

Görüşdə agentlik ilə qardaş ölkənin müvafiq qurumları arasında uğurlu əməkdaşlıqdan bəhs olunub və "ASAN xidmət" modelinin Türkiyədə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaq, həmçinin "ABAD" publik hüquqi şəxs, "ASAN Radio" və "ASAN Təlim-Tədris Mərkəzi"nin fəaliyyəti ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə