Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava sentyabrın 17-də Bakıya səfər edəcək. SİA xəbər verir ki, səfərin məqsədi Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlərin, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi barədə müzakirələr aparılacaq.
Gürcüstan nümayəndə heyətinin Bakıda bir sıra görüşləri də nəzərdə tutulub.
Səfər iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB