Jurnalist təşkilatı “siqaretsiz mətbuat” kampaniyasına başlayacaq

Jurnalist təşkilatı “siqaretsiz mətbuat” kampaniyasına başlayacaq
"Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi "siqaretsiz mətbuat" kampaniyasına başlamaq təklifi ilə ölkə KİV-lərinə müraciət hazırlayır. Bu barədə qurumun rəhbəri Mətləb Salahov məlumat verib. O bildirib ki, əsas məqsəd ölkə mediyasında çalışan jurnalistlərin sağlamlığına və ən əsası isə onların bu zərərli vərdişdən xilas olmalarına yardımçı olmaqdır: "Bilirəm ki bu çox ağrılı prosesdir. İllərlə siqaret çəkən insanın birdən-birə bundan imtina etməsi olduqca ağırdır. Amma məsələ onun həyatını və sağlamlığını xilas etməyə gələndə, məncə illərlə mövcud olan zərərli vərdişləri də tərgitmək mümkündür. İnsanın nail ola bilməyəcəyi heç nə yoxdur, siqaret aludəçiliyi də bu sıradan olan məsələdir. Xüsusilə yaradıcı insanların "əsas məşğuliyyəti"nə çevrilmiş bu fakt jurnalistikada çalışan insanlarda daha çox müşahidə olunur. Bu təklifi irəli sürməklə biz həmçinin mediyaya yenicə qədəm qoyan gəncləri bu bəladan xilas etməyi hədəfləyirik. Sözsüz ki, bunun üçün şablon təbliğatdan fərqli olaraq, insanların düşüncəsinə birbaşa təsir edən əsaslı təbliğat mexanizmi yaratmaq lazımdır." M.Salahov bildirib ki, artıq təmsil etdiyi qurum bununla bağlı KİV rəhbərlərinə konkret proqram göndərəcək

Bütün xəbərlər Facebook səhifəmizdə