Millət vəkili: “Ordumuz NATO standartlarına uyğundursa, o zaman ordumuzda psixoloji yardım məsələsi yüksək səviyyədə olmalıdır” - MÖVQE

Millət vəkili: “Ordumuz NATO standartlarına uyğundursa, o zaman ordumuzda psixoloji yardım məsələsi yüksək səviyyədə olmalıdır” - MÖVQE

"Nədənsə Müdafiə Nazirliyi həmişə hərbi hissələrdə baş verən hadisələrlə bağlı məlumatların geniş işıqlandırılmasına qarşı narahatçılığını bildirir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Gülər Əhmədova Milli Məclisin bu günki iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, birmənalı şəkildə ordumuz NATO standartlarına uyğundursa, o zaman ordumuzda psixoloji yardım məsələsi yüksək səviyyədə olmalıdır.

"Bunu artıq neçə illərdir ki, biz deyirik. Məsələ burasındadır ki, həm zabitlərin həm də əsgərlərin arasında psixoloji yardım məsələsi yenidən qurulmasa və aparılmasa böyük əminliklə deyə bilərəm ki, bu məsələrin sonu çətin olacaq. Çünki xüsusi şəraitdə yaşayan, ailədən çıxıb gəlib kazarma şəraitində yaşayan insanların psixologiyasında dəyişikliklər əmələ gəlir. Bütün dünya ordularında olduğu kimi bizdə də mütləq NATO standartlarına uyğun psixoloji yardım məsələri olmalıdır. Çox böyük təəssüflə qeyd etməliyəm ki, hərbidə ideya məsələlərində siyasi işlərə rəhbərlik edən insanlara buradan bildirmək istəyirəm ki, doğurdan da öz işlərinin öhtəsindən gəlmədikləri üçün xalqın qarşısında üzr istəməlidirlər", – deyə G. Əhmədova qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə