"Son günlər kənardan idarə olunan radikal islamçı dəstələrin Azərbaycanda dini qarşıdurma yaratmaq istəyi təəssüf doğurur" - Oqtay Hacımusalı
"Son günlər kənardan idarə olunan radikal islamçı dəstələrin Azərbaycanda dini qarşıdurma yaratmaq istəyi təəssüf doğurur".
SİA xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı yazıçı-jurnalist Oqtay Hacımusalı özünün "facebook" sosial şəbəkəsində yayınladığı videoda bildirib. O.Hacımusalı Azərbaycanın özünəməxsus dini tolerantlıq modelinin olduğunu, bu modelin isə Azerbaycanın boyüməsini istəməyən qüvvələri daim narahat etdiyini sözlərinə əlavə edib. Jurnalistin sözlərinə görə, mövcud vəziyyətdə həmin birgəyaşayışdan narahat olan quvvələr Azərbaycanda, xüsusilə xalqımız üçün dini baxımdan müqəddəs günlərdə qarışıqlıq yaratma cəhdləri hər zaman qabarıq şəkildə özünü göstərir. Xüsusən xaricdən idarə olunan "Ar rad tv" kimi internet televiziyaların dövlətimizə, dövlətçiliyimizə, ziyalılarımıza qarşı dini motivləri bəhanə edib hücuma kecmələri təəssüf doğurur. Halbuki, bu cür hərəkətlər dinimizdə də xoş qarşılanmır.
İndi isə sözü gedən video muraciətin linkini sizə təqdim edirik:
https://www.facebook.com/groups/1810277782562730/wp/445856009346271/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB