“XXI Əsrin Qadınları“ İctimai Birliyi uşaqlara psixoloji xidmət göstərir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyiilə “XXI Əsrin Qadınları“ İctimai Birliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzinin fəaliyyətinin (Bakı şəhər) təşkili” adlı layihəsi çərçıvəsində fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstərir.
Layihə çərçivəsində 268 saylı xüsusi məktəbdə fiziki məhdudiyyətli valideyn və uşaqlarla görüş keçirərək, mərkəz haqqında məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələrinə fiziki qüsurlu uşaqların siyahısının (uşaq və valideyinlərin əlaqə nömrələrini, yaşayış ünvanlarını) mərkəzə göndərmələri üçün məktublar ünvanlanıb, mərkəz haqqında məlumat verilib. Fiziki qüsurlu uşaqların siyahısını (uşaq və valideyinlərin əlaqə nömrələrini, yaşayış ünvanlarını) mərkəzə göndərmələri rayon şöbələrindən xahiş olunub.

Bundan əlavə, sosial şəbəkələrdə mərkəzlə baglı reklamlar yerləşdirilib.

Fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək və bacarıqlarının inkişafı üçün valideynləri öz əlil uşaqlarını evdə gizlətməməyə çağırırıq. Bu sahədə marifləndirmə işinin təşkili üçün hətta ev-ev gəzib, məlumat verməyə hazır olduğumuzu bildiririk.

Əziz valideynlər!

Sizi dövlətin fiziki qüsurlu uşaqlarla göstərdiyi qaygıdan yararlanmaga səsləyirik. Buyurun,mərkəzimizə gəlin!

Həftə içi hər gün saat 09:00-dan 18:00-a kimi mərkəzimiz xidmətinizdədir

Əlaqə telefonları: (+994)50 357 11 74, (+994)77 390 11 12, (+99412) 448-80-88

Bütün xəbərlər Facebook səhifəmizdə