Masallı şəhər Cümə məscidində qanvermə aksiyası keçirilib

Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkəmizin bir sıra şəhər və rayonlarında, o cümlədən Masallı şəhərində qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə Masallı şəhərinin Cümə məscidində keçirilən qanvermə aksiyasında 150-dən çox könüllü iştirak edib.

Xeyirxahlığı, insanlığı, vətənpərvərliyi özündə ehtiva edən aksiyada əhalinin bütün təbəqələri təmsil olunub.
Mərkəzi Qan Bankının Lənkəran Bölməsinin və rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən qan verməyə gələn sakinlərin sağlamlığı əvvəlcədən yoxlanılıb.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirib ki, aksiya zamanı yığılan qan nümunələri Lənkəran Regional Qan Bankına təhvil veriləcək.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə