Türklərə qarşı amansızlıq - ARXIV FOTOLARDA

Balkan müharibəsi dövründə bolqar və yunan hərbçilərinin tüklərə qarşı amansız rəftarları zaman-zaman gündəm mövzusu olaraq qalmaqdadır. Xüsusilə, türk kəndlərinə hücumlar edərək, sadə kəndliləri edam edən işğalçıların əməlləri bu gün də insanları dəhşətə gətirir. Onların türkləri yaşlı-gənc demədən, heç bir səbəb olmadan qətlə yetirmələri barədə faktlar, fotolar isə kifayət qədərdir. SİA həmin fotolardan birini və bu gün də barəsində çox danışılanı izləyicilərinə təqdim edir. Belə ki, fotodan da göründüyü kimi, yaşlı bir türk həyatının son dəqiqələrində belə, soyuqqanlı şəkildə dəstnamaz alır, ibadətini edir və sonra da edam kürsüsünə çıxır.

Digər fotolarda da bənzər vəhşiliklərin görüntüsü yer alır.

Qeyd edək ki, Türkiyə dövləti bu kimi qətliamlara görə dəfələrlə müvafiq beynəlxalq qurumlara müraciətlər etsə də, hələ də haqq-ədalət öz yerini tapmayıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə