Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin davamı olaraq bu dəfə Şirvan şəhərində tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, Şirvan şəhər el məzarığında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olan vətən oğullarının məzarları və onların xatirələrini əbədləşdirmək üçün böyüyüb boya-başa çatdıqları küşələrdə düzəldilmiş xatirə güşələri monitoring edilib, unudulmuş şəhidlərimiz siyahısı müəyyənləşdirilib.
Layihə çərçivəsində Şirvan şəhərində həmçinin, aidiyyəti idarələrlə əməkdaşlıq edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlada itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərininə dövlət tərəfindən nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında yaranmış problemlərin həlinə hüquqi köməklik göstərilmişdir.
09 sentiybr 2019-cu il tarixində Şirvan şəhərində həyata keçirilən layihənin yekunu olaraq, Şirvan şəhər el məzarığında dəfin olunmuş 18 şəhidin xatirəsini əbədləşdirmək üçün düzəldilmiş Şəhidlərin xatirə güşəsinin açılışı oldu.
Tədbir ilk öncə, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsi yad edilərək, onların rühlarına yasın və duallar oxundu .
Sonra, “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini direktoru, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti, "Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi"-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə, Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar.
Bakının Səbail, Yasamal, Nizami, Binəqədi, Xətai, Sabunçu, Abşeron rayonlarında və regionlardan isə Şirvan şəhərinin el məzarlıqlarında keçirdiyimiz monitorinqlər zamanı bəlli oldu ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikdən sonra, adiyyəti qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır.
Rayon icra hakimiyyətlərinin, bələdiyyələrin və məzarlıqlara baxan adiyyəti qrumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur. ABƏDF Müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir. Şirvan şəhər Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuş 120 şəhidin və itgin düşmüş 25 döyüşçünün məzarı vardır.
Şirvan şəhər el məzarlıqında keçirdiyimiz monitorinqlər zamanı 18 şəhid məzarı aşkar edərək, onların vəziyyətlərinə baxış keçirilib. El məzarlığında dəfn olunmuş şəhid məzarlarının çoxusunun şəhid olmaları barəsində məzar üstü baş daşlarına heç bir fərqlənmə nişanələri vurulmayıb. Buna görə, biz layihəyyə cəlb edilmiş əməkdaşların köməkliyi ilə şəhid məzarlarını saatlarla axtardıqdan sonra şəhidlərin məzarlarını müəyyən edərək onların siyahılarını tutmuşuq.
Azərbaycanın bütün el məzarlığlarında, Türkiyə dövlətində olduğu kimi, şəhidlərə yüksək dəyər verilərək, onların məzarları kimi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların da məzarlarının üstündə Azərbaycan bayrağı sancılaraq, onlar İcara Hakimiyyətləri və Bələdiyyə idarələri tərəfindən dayma nəzarətdə saxlanılaraq, şəhidlərimizə vətəndaşların sayğısını artırılmalıdır.
Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar.
Sərraf Oruc çıxışının sonunda, “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin həyata keçməsində və Şirvan şəhər el məzarığında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəhidlərin xatirələrini əbədləşdirmək üçün düzəldilmiş xatirə güşəsinin düzəlməsində yaxından köməklik göstərdikləri üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Qurban Şirinova, şöbənin əməkdaşı Rövşən Nəcəfova, Qarabağ müharibəsi veteranları Rasim Canaliyevə, Yusifəli Orucova və Şirvan şəhər el məzarlıqının əməkdaşları Kərbəlayi Muxtar Cabbariyə, Əli Əzizova öz təşəkkürünü bildirərək, Fondun Fəxri–Fərmanı ilə təltif etdik.
Sonra, tədbir iştirakçılarından, şəhid ailləri və müharibə veteranları çıxış edərək, həyata keçirilən “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsıni müsbət qiymətləndirərək, belə bir əhəmiyyətli layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB