Düşmənlə sərhəddə yerləşən Cəfərli kəndində əhalinin su təminatını yaxşılaşdırılır
Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da istər şəhər, istərsə də kənd sakinlərinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü işlər görülür.
SİA xəbər verir ki, rayonun düşmənlə sərhəddə yerləşən Cəfərli kəndində əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi təfəfindən kəndin yuxarı hissəsində ən hündür nöqtəyə 2 ədəd 25 tonluq su çəni quraşdırılıb.
Eyni zamanda, kəndin aşağı hissəsində yerləşən subartezian quyusunun suyunu çənlərə vurmaq üçün mövcud subartezian quyusunun nasosu və boruları yenisi ilə əvəz edilib. Ümumilikdə 7590 metrlik plastik boru xətti çəkilib.
Hazırda evlərə gedən köhnəlmiş dəmir borular yeni plastik borularla əvəz olunur. Beləliklə, heç bir nasosdan istifadə etmədən həmin çənlərdən 185 evə öz axını ilə su veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB