Jalə Əliyeva: “Son illərdə görülən işlər sayəsində Xocalı sanki bütün dünya üçün yenidən yaşanmağa başlayıb”
"İstərdik ki, Xocalı faciəsi ildə bir dəfə, yalnız fevralın 26-sı ərəfəsində deyil, hər gün, hər saat xatırlansın". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, son illərdə görülən işlər sayəsində Xocalı sanki bütün dünya üçün yenidən yaşanmağa başlayıb. Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev Fondunun və Heydər Əliyev Fondunun Rusiya Nümayəndələyinin rəhbəri, 20 yaşında ikən ürəyində böyük bir vətən dünyası, sevgisi yaşadan Leyla Əliyevanın təşəbbüsləri sayəsində bugün bütün dünya Xocalı adlı faciəinin olduğunu bilir və "Xocalıya Ədalət" kampaniyasına qoşulub.
"Bəzi insanlarımız bu dəhşətli faciənin dünyaya çatdırılmasının tərəfdarı deyil. Guya bu anti-insani faktları çılpaq şəkildə göstərməklə, hər hansı avropalını narahat etmiş olarıq? Əgər Xerosima, Xatun faciəsinə dair mənə göstərilən faktlara bir ana, insan, vətəndaş olaraq acıyıramsa və insanlıq əleyhinə baş verənlərə etirazımı bildirirəmsə, bunu hər hansı yapon, ingilis və digər millətin nümayəndəsi də etməlidir. Bu baxımdan Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya Ədalət" kampaniyası təqdirəlayiqdir və genişlənməlidir. Bu gün müharibənin çox tərəfləri var ki, bunlardan biri də ideoloji müharibədir. Bu müharibənin əsas aparıcı tərəfləri isə intellekt, mədəniyyət və sənətdir. Azərbaycan gəncləri ideoloji müharibəyə hazır olmalı və ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə informasiya xaricdə geniş və intensiv yayılmalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB