“Xocalı Simfoniyası” poeması əsasında çəkilən filmin təqdimatı keçirilib - TƏDBİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində prezident təqaüdçüsü, tanınmış şairə Nurəngiz Günün "Xocalı Simfoniyası" poeması əsasında çəkilən filmin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması" və "Qafqaz Media" İctimai Birliklərin birgə səyi nəticəsində hazırlanıb. Tədbirdə tanınmış şairə Nurəngiz Gün, millət vəkilləri Jalə Əliyeva, Gülər Əhmədova, Musa Qasımlı, Elmira Axundova, Etibar Hüseynov və digər ictimai-siyasi xadimlər iştirak edib.
Tədbirin giriş sözü ilə açan Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva bildirib ki, filmin təqdimatının burada keçirilməsi heç də təsadüfü deyil. Onun sözlərinə görə, 1918-ci ildə bu tarixi bina ermənilər tərəfindən darmadağın edilib. Musa Nağıyevin tam sağlam insan olduğunu deyən D.Nağıyeva vurğulayıb ki, 70 yaşında ikən onun tikdirdiyi binanın dağılması 1919-cu il martın 4-də onun ölümünə səbəb olub: "Vaxtilə bu bina ermənilər tərəfindən gülləbaran edilib, dağıdılıb. Ona görə də burada onların ruhunu şad etmək və öz gücümüzü göstərmək üçün tədbirin keçirilməsinə səy göstərilib. Bu birseriyalı televiziya filmidir. Nurəngiz Gün "Xocalı Simfoniyası" poeması sanki Azərbaycandan bəşəriyyətə bir mesaj oldu".
Tədbirin davamında çıxış edən Nurəngiz Gün poemanın yaranma tarixindən danışıb: "Mən heç vaxt üzdən vətənpərvər olmamışam. İstər cənubi azərbaycanlılar, istərsə də Anadolu türkləri mənimçün doğmadır. Xocalı faciəsinə həsr olunan poemanı yazarkən həyat görmədim. Erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlər nəticəsində yaşayış evləri yandırılan və dağıdılan əhali Xocalını tərk etmək məcburiyyətində qaldı. Ata-baba yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən bir milyondan artıq insanın taleyinə biganə qala bilmədim. Ermənilər azərbaycanlılara qarşı Azərbaycan ərazisində zaman-zaman dəhşətli soyqırımlar, qətllər törədiblər. Qeyd edim ki, insanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız qalmamalıdır. Mən çox qüssəli insanam. Mən Allah şairiyəm".
Konfransın davamında Nurəngiz Gün Musa Nağıyev diplomuna layiq görülüb.
Millət vəkili Gülər Əhmədova isə çıxışında bu əsərin araya gəlməsində Nurəngiz Günə öz təşəkkürlərini bildirib. Onun sözlərinə görə, hadisələrin necə varsa, elə təqdim edilməsi onun şəxsiyyətinin bütövlüyü deməkdir: "Nurəngiz Gün necə dünyaya gəlibsə, necə formalaşıbsa, indi də elədir. Sevənlər də onu elə sevməlidir. İnsanları olduğu kimi sevmək lazımdır. Bir-birimizi olduğu sevsəydik, xalq olaraq əlimizi tuta bilsəydik, bu faciələr başımıza gəlməzdi. Biz gərək Nurəngiz xanım kimi insanların qədrini bilək.
Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının sədri Fikrət İsmayılov bildirib ki, başımıza gələn faciələrdən nəticə çıxarmağı özümüzə borc bilirik. Onun sözlərinə görə, bugün sevinirik ki, real tariximizi gənclərə çatdıra bilirik: "Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bizlər qəflət yuxusundan ayıldıq. Onun hakimiyyətə qayıdışından sonra xalqımızın başına gətirilən bəlalara son qoyuldu, bunların təbliği istiqamətində mühüm işlərə başlandı".
Tədbirin davamında çıxış edən millət vəkili Musa Qasımlı, AMEA-nın vitse-prezidenti Arif Həşimov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Bababoğlu və başqaları xalqımızın başına gətirilən faciələr barədə ətraflı məlumat verib və belə bir filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB