UNEC-də təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti uzadılıb
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti noyabrın 1-dək uzadılıb. UNEC-dən SİA-ya bildirilib ki, iyirmi ixtisas üzrə aparılan təkrar ali təhsil iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasları da əhatə edir.
İxtisaslara qəbul olunmaq istəyənlər tələb edilən sənədləri elektron qaydada http://www.kabinet.unec.edu.az e-mail ünvanına göndərdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB