Bu gün Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasları keçirilir. SİA-nın verdiyi məlumata görə, iclas çərçivəsində mövzulardan biri "Gənclərin ictimai və siyasi fəaliyyətlərdə rolu"na həsr edilib. Yeni Azərbaycan Partiyasının Gənclər Nümayəndəsi və ICAPP Gənclər Qolunun Büro üzvü Ramin Məmmədov moderator qismində çıxış edərək deyib ki, Asiyada sülhün, təhlükəsizliyin təmin ediıməsində və tərəfdaşlığın inkişafında gənclərin xüsusi rolu var.
O qeyd edib ki, qloballaşan dünyada gənclərin rolu danılmazdır: "Gələcəyini fikirləşən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və gələcəyi baxış konsepsiyalarını nəzərə alırlar. Bu baxımdan ICAPP-ın Gənclər Qolunun 5-ci iclasının Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov ilk olaraq YAP-ın yaranma tarixindən bəhs edərək bildirib ki, partiyanın yaradıcısı Ümummili Lider Heydər Əliyevdir. Hazırda sıralarında 750-minə yaxın üzvü birləşdirən YAP-ın 250 min üzvü gənclərdir. Partiyada gənclərə bütün sahələrdə dəstək var. Bunun bariz nümunəsi kimi 1995-ci ildə YAP Gənclər Birliyinin təsis olunmasını qeyd edə bilərik. YAP-ın beynəlxalq əməkdaşlığından bəhs edən S.Orucov bildirib ki, Avropa və Asiya gənclərini bir araya gətirən İCAPP-la əlaqələrimiz yüksək səviyyədədir: "Düşünürük ki, bugünkü tədbirimiz müxtəlif istiqamətlərdə əməkdaşlığımızım genişləndirilməsinə böyük töhfə olacaq".
Koreyanın Milli Assambleyasının üzvü Kang Hoon Sik bildirib ki, qlobal məsələlərin həllində səylərin birləşdirilməsi əsasdır. İCAPP bu birliyin yaradılmasına böyük dəstək verir. Müxtəlif siyasi partiyaları özündə cəmləşdirən İCAPP fəaliyyət istiqamətini genişləndirdikcə aktual məsələlərin həllinə töhfələri də davamlı olur. Keçmişi anlayıb Asiya qitəsində barışığa töhfə verərək sabitliyə, əminamanlığa dəstək olaq.
Banqladeşin beynəlxalq əlaqələr komitəsinin təmsilçisi Mohammad İmranul Hye Sajib diqqətə çatdırıb ki, gənclərin enerjisi əldə olunan uğurlarda əsas rol oynayır. Gənclər yenilikçi inkişafa meyillidirlər. Bunun üçün onların potensial imkanlarından maksimum istifadə etmək günümüzün əsas çağırışlarındadır. Banqladeşin əhalisinin 30 faizi gənclərdir. Biz çalışırıq ki, onların imkanlarından istifadə edərək orta gəlirli ölkədən inkişaf etmiş ölkəyə çevrilmək istəyimizə töhfə verək.
İCAPP-ın Malayziya təmsilçisi Mikheil Kumsishvili bildirib ki, heç bir ölkə təkbaşına uğurlu nəticələr əldə etmək imkanında deyil. Birlik önəmlidir. Bugünümüzün çağırışları sırasında ədalətsizliyə qarşı birgə addımların atılması xüsusi yer tutur. Bu dialoqu necə yaramalıyıq? Biz bu gün bu barədə fikirlərimizi bölüşməliyik.
İranın İslam Əmək Partiyasının Gənclər Təşkilatının üzvü Payam Hamedanimojarad çıxşında diqqətə çatdırıb ki, ölkəmizdə gələcəyə böyük töhfə verəcək 23 gənclər təşkilatı fəaliyyət göstərir. Partiyamız gənclərin təhsilinə böyük diqqət yetirir. Ümidvaram ki, bugünkü tədbirdə müzakirə olunacaq məsələlər, qəbulediləcək qərarlar yenilikçi gəncliyin daha da uğurlu inkişafına stimul verəcək.
Panel iclasında çıxış edən digər təmsilçilər də qarşıya qoyulan hədəflərə yüksək səviyyədə çatmaq üçün gənclərin böyük qüvvə olduğunu bildirdilər. Qeyd etdilər ki, hər bir ölkənin xüsusi inkişaf strategiyası olmalıdır ki, gənclərimiz bu yönümdə istiqamətləndirilsin. Müasir dünyamızın əsas çağırışı budur - "Gələcəyimizin gənclərini yaradaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB