Xətai rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb - FOTOLAR

Xətai rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb - FOTOLAR

Respublikamızda quruculuq işlərinin davam edir. Məlumdur ki, istər paytaxt Bakıda, istərsə də regionlarda quruculuq işləri sürətlə aparılır. Əhalinin sosial problemləri həll edilir, kənd və şəhərlərə qaz, işıq, su çəkilir, ən ucqar yaşayış məntəqələrinə yollar salınır. Kütləvi informsiya vasitələrində hər gün oxuyuruq ki, ölkəmizin ən ücqar rayonlarının ən ucqar kəndlərində belə yeni infrastruktur obyektləri yaradılır. Kəndlərə yeni kommunikasiya xətlərinin çəkilməsində dövlətin əsas məqsədlərindən biri də budur ki, kənd əhalisi istehsal etdiyi məhsulları əziyyətsiz, itkisiz olaraq şəhərlərə, bazarlara çatdıra bilsinlər, məhsulları xarab olmasın, ucuzluq yaransın. Eyni zamanda əhalinin maşınla gedib-gəlməsində çətinlik yaranmasın. Demək istəyirik ki, dövlətimiz insanların rahat yaşaması üçün hər cür şərait yaradır. Buna görə ölkə prezidentinə öz minnətdarlığımızı bildirməliyik.

Bir faktı da qeyd edək ki, Respublikamızda gedən quruculuq işlərini bəzən görməzdən gələnlər də var. Halbuki damarında azərbaycanlı qanı axan hər kəs Vətənini, xalqını sevməli, uğuruna, inkişafına sevinməlidir.

Paytaxtımızın Xətai rayonu günü-gündən gəyişir. Son bir ildə rayonun Naximov küçəsi, Zığ şossesinin, “Nargilə” kafesinin ətrafı, Naxçvanski adlı Hərbi Məktəbə gedən yolun sağ və sol hissəsi, Uşaq Əyləncə Parkı, Heydər Əliyev adına Ali Hərbi Akademiyanın qarşısı, Həzi Aslanov metrosunun, Ukrayna dairəsinə gedən yolun və Əhmədli metrosunun ətrafı əsaslı şəkildə abadlaşdırılıb, yol kənarları yaşıllaşdırılıb, əhalinin istirahət etməsi üçün oturacaqlar qoyulub.

Qeyd etdiyimiz ərazilərdə uşaq və böyüklərin istirahət etməsi üçün hər cürə şərait yaradılıb. Sual oluna bilər ki, bu qədər işləri kim görüb. Bu sualın cavabını Xətai rayonunda yaşayanlar - ağsaqqalar və cavanlar, qadın və uşaqlar cavablandıra bilər. Hər səhər Xətai rayon İcra başçısı vəzifəsini icra edən Rafiq Quliyevi adıçəkilən yerlərdə aparılan abadlıq və quruculuq işlərinə nəzarət etdiyini görürdük. O, hər gün H.Aslanov və Əhmədli metrosunun ətrafında çalışan, abadlıq yaradan insanların yanında olur, işin gedişatına birbaşa nəzarət edir. Rafiq Quliyev İcra hakimiyyətinin başçısı vəzifəsini icra edəndən bu günə qədər rayonda böyük işlər görülüb və bu işlər indi də davam etməkdədir.

Ulu öndər Heydər Əliyevin bir sözünü heç vaxt unutmuruq: “Kim Azərbaycan üçün bir iş görürsə o, mənim dostumdur”. Rafiq müəllim indi bütün Xətai rayon zəhmətkeşlərinin dostudur. Mən özüm Xətai rayonunda yaşayıram. Hər gün ailə üzvlərim işə gedib-gəlirik. Eyni zamanda yaşadığımız ərazidə böyük ticarət mərkəzi tikilib və bu yaxınlarda istifadəyə veriləcək.

Daha sonra biz Köhnə Günəşlidə Mənzil İstismar Sahəsinin gördüyü işlərlə tanış olduq. 96 saylı Mənzil İstismar Sahəsinin rəisi Əmiraslan Əmiraslanov iş otağında idi. Əmiraslan müəllim gördüyü işlər haqda məlumat verdi. Mehmandarov-100 ünvanına yol çəkilib, əhalinin istirahəti üçün oturacağlar düzəldilib, uşaqlarn rahat oynaması üçün uşaq əyləncə qurğuları quraşdırılıb. 8 saylı Uşaq Poliknikasına gedən yollar səliqəyə salınıb, şəhidlərin xatirəsinə ucaldılmış abidənin daşı hər gün yuyulur, ətraf ürəkaçandır. Biz orada olarkən ərazidə yaşayan sakinlər Əmiraslan müəllimdən xahiş etdilər ki, besedkalara işıq çəkdirsin. Onlar Xətai rayon İcra başçısı vəzifəsini icra edən Rafiq Quliyeva öz minnətdarlqlarını bildirdilər.

Əmiraslan müəllim onu da qeyd etdi ki, icra hakimiyyəti başçısının gördüyü işlər misilsizdir, Xətai rayonu qısa müddətdə simasını dəyişib. Biz mənzil İstismar sahəsinin işçiləri də əlimizdən gələn köməkliyi etməliyik. Sonra 98 nömrəli Mənzil İstismar Sahəsində olduq. Təəssüf ki, rəis Aftandil Novruzov yerində olmadı. Məlumat verdilər ki, bu dəqiqə çxdı, telefon əlaqəsi yaratdıq, Afdandil müəllim qeyd etdi ki, Köhnə Günəşlidə park açılıb, ora baş çəkin. Təəssüflər olsun ki, 98 saylı MİS ərazisində ürəkaçan bir şey görmədik. Buna baxmayaraq Xətai rayonunun İcra başçısını əvəz edən Rafiq Quliyevin gördükləri iş bütün Xətai rayon zəhmətkeşlərinin sevincinə səbəb olub.

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə