Yeni Azərbaycan Partiyasının fəalı Ramil Vəlibəyov özünün facebook səhifəsində Bəxtiyar Hacıyev adlı blogerə, necə deyərlər, yerini göstərib. SİA həmin cavabı dərc edir:
"Özünü çoxbilmiş kimi göstərən, lakin hələ də siyasi mövqeyində "vandamsayağı" şpaqat vəziyyətində qalan Bakhtiyar Hajiyev tez-tez Yeni Azərbaycan Partiyasının ünvanına əsassız fikirlər səsləndirir. Həmin fikirlərin mahiyyətinə toxunmadan demək istəyirəm ki, Bəxtiyar Hacıyev sanki Əli Kərimlinin mirzəliyini edirmiş kimi danışır və yazır.
Müxalifət düşərgəsinin Əli Kərimlini trol ordusu saxlamağından, cəbhəçilərin əxlaq və tərbiyədən uzaq, yarım adam olmalarından danışdığı bir zamanda Bəxtiyar Hacıyev öz aləmində manipulyasiya edir və diqqəti YAP-a yönəldir.
Bakhtiyar Hajiyev özün ictimai şəkildə kimin trolu olduğunu açıqlasan daha yaxşı olar. Çünki, sənin hərəkətlərin, fikirlərin, yazıların birbaşa Əli Kərimlinin trolu olduğuna işarə edir.
Əgər belə deyilsə, sən də Əli Kərimlinin trol ordusu saxladığını, əks rəylərə dözümsüz olduğunu, insanları təhqir etdirdiyini, trol hücumları təşkil etdiyini de, yaz, bildir.
Əgər ətraflı məlumat istəsən, İlqar Məmmədovun müsahibələrinə və İsmayıl Cəlilovun statuslarına nəzər yetirə bilərsən...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB