Sentyabrın 3-də saat 10:38-də Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun 33-cü məhəllə ərazisində yeddi-səkkiz ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan SİA-ya bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, DİN-in və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ağstafa rayon şöbələrinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri, Ağstafa Rayon Polis Şöbəsinin və DTX-nin əməkdaşları həmin ərazidə bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 29 ədəd 122 millimetrlik “Qrad” raketi (9M22U) aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB