“Milli maraqların müdafiəsi: sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təəssübkeşliyi” - FOTOLAR

“Milli maraqların müdafiəsi: sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təəssübkeşliyi” - FOTOLAR

“Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin may ayının 15-dən başlayan “Milli maraqların müdafiəsi: sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təəssübkeşliyi” layihəsi artıq yekunlaşmaq üzrədir.

Mərkəzin rəhbəri Sevinc Kərimova layihənin uğurla həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, məqsəd sosial şəbəkələrdən istifadə edən ölkə vətəndaşları ilə milli mənafeyimiz və dövlətimizin təhlükəsizliyi ilə bağlı mövzularda müzakirələr aparmaq idi və 4 rayonda 200-dən çox vətəndaşımızla görüşlər müvəffəqiyyətlə baş tutdu. Astara, Bərdə, Beyləqan və Ağstafa rayonlarının hər birində 50-yə yaxın rayon sakini dəyirmi masada iştirak edib.

Gənclərin mövzuya göstərdikləri həssaslığın diqqətindən yayınmadığını deyən Sevinc Kərimova olduqca səmimi ortamda keçirilən görüşlərdə sosial şəbəkələrdə saxta profillər, sifarişçi bloggerlərin qara piyar kampaniyaları, eləcədə sosial şəbəkələrdə milli mənafeyimizin müdafiəsi kimi məsələlərə toxunulub.

Dəyirmi masa iştirakçılarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən təqdim edilmiş “Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları” kitabçası paylanılıb.

Qeyd edək ki, “Milli maraqların müdafiəsi: sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təəssübkeşliyi” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə