Şabran rayon sakini ondan rüşvət tələb edidiyindən danışır, Əmlak Məsələləri Dövlət Komitəsi isə susmağa üstünlük verir - ŞİKAYƏT
""Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya (bundan sonra "Komissiya") tapşırılmışdır ki, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (bundan sonra "Dövlət Proqramı") yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin".
Bu abzas Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın məlumatından götürülüb. Deməli 2004-cü ildən başlayaraq ölkə rəhbərliyi səviyyəsində korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərinə başlanılıb. Ötən ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında iştirak edən Prezident İlham Əliyev bir daha korrupsiyaya qarşı mübarizə mövzusuna toxunaraq problemin birdəfəlik həll olunması üçün aidiyyəti strukturlar qarşısında daha ciddi tapşırıqlar qoydu. Növbəti gün isə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclası keçirildi. Həmin iclasda antikorrupsiya tədbirlərinin həyata keçirilməsinin dəqiq konturları cızıldı və dövlət strukturları qarşısında konkret vəzifələr qoyuldu.
2010-cu ilin sonundan başlayaraq bu tədbirlər ölkə miqyasında daha geniş şəkildə həyata keçirilməkdədir. Dövlət və qeyri-dövlət strukturlarında başlanan antikorrupsiya tədbirləri artıq öz təsirini göstərməkdədir. Cəmiyyətin bütün təbəqələri isə bundan razılıq edir, prosesin davamlı olmasını istəyirlər. Redaksiyamızın poçtuna daxil olan çoxsaylı məktublar da dediklərimizi təsdiq edir. Amma neqativ halların olmadığını desək, tələsmiş olarıq. Belə ki, həm paytaxt Bakıda, həm də regionlarda icra hakimiyyətləri, polis, məhkəmə orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrində vətəndaşlardan rüşvət tələb olunması, pensiyalar və sosial yardımların verilməsində məmur fırıldaqları, bələdiyyələr və torpaq şöbələrində insanların qanunları yetərincə bilmədiklərindən başlarına açılan oyunlar hələ də qalmaqdadır. Bəzən bir strukturun qanunsuz sənəd verməsi vətəndaşı digər struturlarla qarşıdurmalara sövq edir. Məsələ böyüyəndə isə birinci struktur məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirir, özünə haqq qazandıran üsullardan istifadə edir. Nəticədə itirən vətəndaş, nüfuzdan düşən hökumət, qazanan isə rüşvətxor məmur olur.
Redaksiyamızın poçtuna daxil olmuş çoxsaylı şikayət məktublarından birini dəyərli oxucuların diqqətinə çatdırırıq. Oxuyun və özünüz qiymət verin.
Şabran şəhəri R.Rza küçəsi -17 ünvanında yaşayan Vidadi Şükürov yazır: "01.09.2010-cu il tarixdə Şabran şəhəri R.Rza küçəsi l7 ünvanda olan və hazırda yaşadığım evimin dövlət qeydiyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (ARƏMDK) Xaçmaz Ərazi idarəsinin Şabran Rayon Şöbəsinə müraciət etdim. Şöbə müdri İlqar Həsənov məndən 500 manat pul istədiyi üçün şikayət ərizəsi yazdım. ARƏMDK-nın sədr müavini Rafiq Cəlilovun mənə ünvanladığı 24.09.2010-cu il tarixli RX-23/8170-Ş-35/7/8-saylı məktubu ilə də razı deyiləm. Çünki mənim inşa etdiyim ev zəbt etdiyim 160-m kvadrat torpaq sahəsinə bilərəkdən salınıb. Bunu da onlara pul vermədiyim üçün ediblər. Nəticədə belə çıxır ki, mən qonşumun ərazisinə, o da öz qonşusunun ərazisinə girib. Amma həmin qonşumun evi Xaçmaz Ərazi İdarəsi tərəfındən dövlət qeydiyyatına alınıb.
08.12.2010-cu il tarixli RX -23/6267-Ş-35-1/2 saylı məktubu ilə də ona görə razı deyiləm ki, İ.Həsənov ona ikinci dəfə müraciət edəndə məndən 1200 (bir min iki yüz) manat pul istədi, evə ikincı dəfə texniki baxış keçirilmədi. Əgər baxış keçirilsəydi artıq 01.10.2010-cu il tarixli 10-saylı Şabran Bələdiyyəsinin zəbt etdiyim
Qeyd edək ki, məsələyə Komitənin sədr müavini Rafiq Cəlilov tərəfindən iki dəfə münasibət bildirilib. Amma burada da dəqiqlik çatışmır. Belə ki, cənab R.Cəlilov məsələnin qanunauyğun şəkildə həll oluna biləcəyinə işarə vurur, amma işi Xaçmaz Ərazi İdarəsinin boynuna qoymaqla vaxtı uzadır. Aydınlıq üçün onu bildirək ki, əgər Xaçmaz Ərazi İdarəsi şikayətçinin qonşuluğunda qanunsuz (Şikayət məktubunda belə yazılıb – red.) inşa edilən evi sənədləşdirə bilirsə, deməli bu məsələni də qanuni şəkildə həll edə bilər. Burada süründürməçilik, bürokratiya, insanlara əziyyət verməklə onlardan müxtəlif bəxşişlər ummaq əlamətləri var.
Məsələ ilə bağlı qarşı tərəfə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (Tel: 012-490-24-08) müraciət etdik. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov şikayət məktubunun ona göndərilməsini xahiş edərək məsələyə münasibət bildirəcəyini dedi. Amma dəfələrlə zəng etməyimizə baxmayaraq Qulu müəllim telefonu açmadı. Güman edirik ki, şikayət məktubunda yazılan faktlar üzərində araşdırma aparır. Əgər münasibət bildirmək istəmirsə, bu onun öz işidir. Şikayətçi Vidadi Şükürov isə hüquqlarının pozulması barəsində aidiyyəti orqanların xəbər tutmasını və dərdinə əlac olunmasını istəyir. Ona görə də, biz dövlət başçısının başlatdığı antikorrupsiya tədbirlərinin yerlərdə necə həyata keçirildiyini ictimaiyyətin diqqətinə çatdırmaq üçün bu faktı dərc etməyə borcluyuq. Vaxt gözləmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB