Parlamentin nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
Fevralın 22-dən 26-dək Avstriyanın Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası keçiriləcək.
SİA-ya Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, sessiyada Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə iştirak edəcək.
Parlament nümayəndə heyətinə parlamentin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildirlər.
Sessiyanın işində 55 ölkədən 250-dək deputatın, eləcə də xüsusi qonaq statusunda Türkdilli Ölkələrin Parlament Assambleyasının nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Sessiya çərçivəsində parlament nümayəndə heyəti Demokratiya, insan hüquqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit komitələrinin iclaslarında iştirak edəcək. Tədbirlərdə immiqrasiya, inteqrasiya və çoxmilli dialoq, Yaxın Şərqdə, Belarusda vəziyyət, son aylarda Misir və Tunisdə baş vermiş hadisələr barədə müzakirələr aparılacaq.
İclaslarda nümayəndə heyətinin rəhbəri və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.
Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin Avstriya Milli Şurasının sədr müavini Fritz Neugebauer, ATƏT PA-nın Vyanadakı ofisinin xüsusi nümayəndəsi Andreas Notel və bir sıra digər rəsmi şəxslərlə, bu ölkənin parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, həmçinin avstriyalı deputatlarla görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə