Və ya terrorçuları "vətəndaş" amili ilə dəyişən mənəviyyatsız
Hər yerdə, hər əməlində bir klounluq edən bu qoca "professor" yenə də öz səviyyəsiz düşüncəsini qabartmağa başlayıb. Bu, nə birinci, nə də sonuncu deyil, çünki dəfələrlə belə olub. Sonda gülünc vəziyyətə qalıb. "Milli Şura"ya AXCP sədri Əli Kərimlinin "dirijorluğu" ilə rəhbərlik edən Cəmil Həsənlidən danışıram. Bu C.Həsənli nə "düşüncəli adamdır", nə "professordur", nə də "ağsaqqal". Çünki ağıllı insan, düşüncəli adam, həqiqi professor və yaxud da ağsaqqal bambılılıq etmir. C.Həsənlinin zaman-zaman sərsəm iddialarla çıxış etməsi adi hala çevrilib. Onun gah nala, gah mıxa döyəcləyərək, hakimiyyətə qarşı qarayaxma kampaniyaları aparması, həm də nə qədər şərbaz və böhtançı olduğunu sübuta yetirir. Azərbaycandan kənarda fəaliyyət göstərən qərəzli media qurumlarına müsahibələrində də bunun şahidi olmuşuq. Yalanın birini bir qəpikdən sırıyan C.Həsənli hakimiyyətə qarşı ittihamlarını o dərəcədə artırır ki, hətta ondan müsahibə alan xarici media qurumları belə, bu yalanlardan təəccüblənirlər.
Bu yaxınlarda "Amerikanın səsi"nə verdiyi müsahibəsində "Milli Şura"nın sədri öz yalanlarını Azərbaycan dövlətinin terrorla mübarizəsinə kölgə salaraq, xalqa və dövlətə qarşı silahlı müqavimət göstərmək cəhdini təbliğ etmiş, qanunların tələblərinə uymayaraq, müxtəlif silahlı qruplaşmalarda fəaliyyət göstərmiş şəxslərin ölümləri üzərində şoular qurmağa çalışması, sərsəm və boşboğaz fikirlər söyləyərək, terrorçunun "silahı yerə qoy və təslim ol!" əmrinə tabe olmamalarına görə, cavab atəşi ilə susdurulmalarını qanunsuz sayması, bir daha bu qoca "professorun" nə qədər anormal birisi olduğunu göstərir. Daha dəqiq desək, fakt budur ki, nəinki Azərbaycanda, eləcə də, istənilən ölkədə təhlükəli terrorçu hüquq-mühafizə orqanlarının təslim olmaq çağırışlarına cavab vermirsə, silahı ilə hüquq-istər vətəndaşların həyatına, istərsə də mühafizə orqanlarına qarşı hədəf götürürsə, həmin cinayətkar yerindəcə güllələnir. Ancaq bu boşboğaz "professor" deyir ki, terrorçunun məhkəməsiz-istintaqsız güllələnməsi fikirləri məntiqsizdir. Bax, budur C.Həsənlinin düşüncəsi, özü də cinayətkar əməllər sahibi olduğunu təsdiqləyən amil.
Ən maraqlı məqam isə odur ki, C.Həsənli ABŞ-da baş verən cinayət əməlləri barədə məlumat vermir. Bir də belə satqın, çörəyi dizinin üstündə olan C.Həsənli kimiləri tənqid edərkən, başlayırlar hay-həşir salmağa. Bu yerdə "Böyük dayaq" filmində Rüstəm kişinin dediyi sözlər yadıma daşdü: "Ay binamus, donos yazırsan, heç olmasa, dibində imzanı qoy". Bax, C.Həsənliyə bu sözlər də o qədər təsir etməz. Çünki o namus, qşeyrət, mənəviyyat və əxlaqi keyfiyyətlərin nə demək olduğunu bilmir. Bilsəydi, bu dövlətin ona etdiklərindən ölüb-yerə girərədi. Bir də, belə bir sərsəm iddia Həsənlinin dünyagörüşünün olmaması ilə yanaşı, satqın və xəyanətkar olduğunu isbatlayan amillərdir. Həmişə erməniyə satılan və satan bu manqurtlar bu gün Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkən, işğal nəticəsində 1 milyondan çox vətəndaşımızın doğma yurd-yuvalarından məhrum olaraq, hüquqları pozulan, yüzlərlə insanlarımıza qarşı terror siyasəti yürüdülərək, onları amansızlıqla qətlə yetirənlər barədə C.Həsənli "Amerikanın səsi"nə niyə danışmır?
Cəmil Həsənli öz mənfəətləri üçün terrorçuları "vətəndaş" amili ilə dəyişən mənəviyyatsızdır
Bu qoca mənəviyyatsız "professor" bütün dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul etdiyi halda, C.Həsənli iddia edir ki, o torpaqlarda ermənilər də yaşaya bilər. Nə qədər alçaq düşüncə və əxlaqsızlıq. Bu, nə düşüncədir? Əgər separatçı ermənilər işğal olunmuş ərazilərimizdən azərbaycanlılara atəş açırlarsa, mülki vətəndaşlarımızı, qadın və qocalarımızı, uşaqlarımızı, torpaq sahələrində çalışan zəhmətkeş insanlarımızı terrorizə edirlərsə və bunun müqabilində, Azərbaycan əsgəri terrorçulara cavab atəşi açaraq, onları məhv edirsə, demək, bu doğru addım hesab olunan bilməz?!
Bax budur C.Həsənlinii xisləti. Öz mənfəətləri üçün terrorçuları "vətəndaş" amili ilə dəyişib, qara-qışqırıq salmaq, həyasızlıq etmək ənənələri! Lənət olsun belələrinə!..
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB