Kaliforniyada gəmidə baş verən yanğın nəticəsində 34 nəfər həlak olub. SİA xəbər verir ki, KTLA telekanalının yerli yanğın idarəsinə istinadla yaydığı məlumata görə hadisə Ventura dairəsində baş verib.
Los-Ancelesin sahil mühafizə xidmətindən bildiriblər ki, xilasedici komandalar qəza rayonuna gedib. Bir neçə ekipaj üzvü xilas edilib. Təxliyə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB