Sentyabrın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı artıb.
SİA xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamına əsasən minimum əməkhaqqı 250 manat məbləğində müəyyən edilib. Artım 950 minədək vətəndaşı əhatə edəcək.
Qeyd edək ki, minimum aylıq əməkhaqqı indiyədək 180 manat idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB