“Azərkosmos” yeni salınan qəsəbənin təsvirini yayımlayıb
“Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə 2019-cu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb. SİA xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-dən bildirilib.
Qeyd edək ki, bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür. Qubadlı rayonu IV-V əsrə aid tarixi abidələrlə zəngindir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB