Azərbaycan beynəlxalq festivalda təmsil olunur

Azərbaycan beynəlxalq festivalda təmsil olunur

Ankarada XVI Beynəlxalq Anadolu günləri mədəniyyət və incəsənət festivalının açılışı olub. Mehtər marşının sədaları altında keçirilən təntənəli açılışa minlərlə insan qatılıb. SİA xəbər verir ki, Etimesgut rayon bələdiyyəsi tərəfindən təşkil olunan festivalda Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ölkəmizə aid stend qurulub. Festival çərçivəsində sentyabrın 8-də Azərbaycan günləri keçiriləcək.

Festival on gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə