Meksika Konqresində Xocalı soyqırımının 19-cü ildönümü qeyd olunub
Meksika Konqresində Xocalı soyqırımı haqqında danışılıb. SİA-nın xəbərinə görə, Meksikada akkreditə olunmuş səfirliklərin nümayəndələri, dinc ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər haqqında məlumat alıb. Xocalı soyqırımının 19-cı ildönümü ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyi Konqresdə tədbir keçirib. Tədbirdə Azərbaycan-Meksika Parlamentlərarası Dostluq Qrupunun üzvləri iştirak ediblər.
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov konqresdəki çıxışı zamanı tədbir iştirakçılarına Xocalı faciəsi ilə bağlı göstərilən fotoxronikada sülsevər azərbaycanlılara qarşı qarşı törədilən vəhşiliklər barədə məlumat verib. O qeyd edib ki, Xocalı soyqırımı Qarabağ münaqişəsində törədilən ən qanlı faciələrdən biridir. Səfir bildirib ki, Azərbaycanda bu vaxta kimi erməni kilsəsi saxlanılıb, müxtəlif dövlətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində yaşayır, ancaq ermənilər torpaqları işğal etdikdən sonra orada olan məscidləri, memarlıq abidələrini məhv ediblər. Səfir xüsusilə Zəngilanın ermənilər tərəfindən işğalı barədə danışıb.
Tədbir davamında ilk dəfə olaraq ispan dilinə tərcümə edilmiş www.justiciaparajodyali.org ünvanında yerləşən Xocalı Ədalət kampaniyasının internet saytı bardə ətraflı məlumat verilib. Təqdimat çərçivəsində Azərbaycanın iqtisadi uğurları barədə də danışılıb.
Meksika Parlamentinin deputatı, Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Markos Peres regionda Ermənistanın işğal siyasəti haqqında ətraflı məlumat verdiyi üçün səfirə öz təşəkkürlərini bildirib. O vurğulayıb ki, gələcəkdə Xocalı hadisələri haqqında həqiqətlərə ictimaiyyətin diqqətini cəlb etməyə yardım edəcək.
Tədbirdə Meksikada akreditə olunmuş səfirliklərin nümayəndələri, həmçinin KİV nümayəndələri iştirak edib. Qeyd edək ki, Xocalıya Ədalət kampaniyası çərçivəsində tədbirlər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB