Naxçıvanda aztəminatlı ailələrə hər cür dəstək göstərilir

Naxçıvanda aztəminatlı ailələrə hər cür dəstək göstərilir

Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Əbrəqunus kəndində yaşayan aztəminatlı, II qrup sağlamlıq imkanları məhdud olan Rəhimlilər ailəsinə baş çəkilib.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərildiyini bildiriblər. Vurğulanıb ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.

Sonra aztəminatlı ailənin problemləri öyrənilib, ailə üzvlərinə səyyar tibbi xidmət göstərilib, onlara ərzaq payı verilib. Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə